Tarix: 11-01-2017 11:50 | Bölmə: Siyasət

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ciddi ziddiyyətlər var və məhz buna görə təşkilatın yeni Baş katibi dekabrın 26-da Sankt-Peterburqda keçirilən iclasda da seçilmədi.
Reyting.az xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi adlandırılan "Stratfor" analitik agentliyi yazıb.
Agentliyin fikrincə, Moskva bu postda Ermənistan nümayəndəsinin olacağına söz versə də, Belarus və Qazaxıstan Azərbaycanla iqtisadi münasibətlərini şübhə altına almamaq üçün bu addıma getmir.
"Məlumata görə, Rusiya Bordyujanın postunu Ermənistana söz verib. Bu addım aprel döyüşləri zamanı neytral mövqe tutmasına baxmayaraq Moskvanın Ermənistanı dəstəklədiyini göstərir. Lakin Belarus və Qazaxıstan erməni namizədə qarşı çıxır”.
"Stratfor"un fikrincə, yeni Baş katibin seçilməsi ciddi müzakirələr və mübahisələr şəraitində aparılacaq və Dağlıq Qarabağ münaqişəsi məsələyə ciddi təsir göstərəcək.
Hazırda KTMT-ın Baş katibi postunu müvəqqəti olaraq Valeri Semerikov tutur.(Mənbə: Modern.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək