Tarix: 17-11-2016 12:16 | Bölmə: Siyasət

"Ermənistan bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır” .
Bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan Rusiya KİV-nə geniş müsahibəsində deyib. Bununla belə, o, xalqların öz müqəddəratını təyin etmə prinsipinin də vacib olduğunu dilə gətirib.
"Biz bütün dövlətlərin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Amma xalqların öz müqəddəratını təyin etmə prinsipi ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etmir. Əgər xalqların öz müqəddəratını təyin etmək prinsipini inkar ediriksə, onda SSRİ-nin tərkibindən çıxmamalıydıq, çünki hər şey bu prinsip əsasında gerçəkləşmişdi. Ona görə bu prinsiplər bir-birilə ziddiyyət təşkil etmir”.
Sarkiysan Yerevan və Bakının bir neçə dəfə sülh müqaviləsini imzalamağa yaxın olduğunu da diqqətə çatdırıb.
"Müqaviləyə görə Ermənistan və Dağlıq Qarabağ Azərbaycanın işğal faktı adlandırdığı bufer zonasından geri çəkilirdi. Amma birinci maddədə aydın şəkildə yazılmışdı ki, Dağlıq Qarabağın yekun statusu Qarabağ sakinlərinin iradəsi əsasında həll olunacaq. Bu qərar hüquqi gücə malik idi”.
Sarkisyan "aprel döyüşləri"ndən sonra tərəflər arasında etimadın "sıfıra düşdüyünü” də deyib. (Modern.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək