Tarix: 16-11-2016 13:33 | Bölmə: Siyasət

Rusiya bu gün ilk dəfə döyüş gəmilərindən istifadə etməklə, Suriyada həm İŞİD-in, həm də müxaliflərin olduğu mövqelərə ağır zərbələr endirib.
Türkiyə mediası xəbər verir ki, Rusiya döyüş gəmilərindən açılan raket atəşləri ilə İdib, Hələb və Hamusdakı müxaliflərin mövqeləri vurlub. Təkcə Hələbdə 10 nəfərin öldüyü, xeyli yaralının olduğu bildirilir.
ABŞ isə Rusiyanın yeni silahdan istifadə etməsini "şou" adlandırıb: "Rusiya şou göstərir. Onlar İŞİD-i vurmaq əvəzinə, Hələbdəki mülki əhalini vururlar".
ABŞ-ın bu ittihamına Rusiyanın cavabı gecikməyib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Hələbə zərbə vurulmayıb: "Ancaq İdib və Hamusdakı terrorçulara zərbə vurulub".
Suriya prezidenti Bəşər Əsəd isə Hələbə Rusiyanın deyil, onların hücum etdiyini bildirib: "Hələbi terrorçulardan təmizləmək əməliyyatını yalnız Suriya ordusu aparır".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək