Tarix: 04-02-2016 14:44 | Bölmə: Siyasət
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bütün Cənubi Qafqaz regionuna müsbət təsir edəcək. Bunu Trend-ə Fransanın Azərbaycandakı keçmiş səfiri Paskal Mönye "This Week in Focus" videolayihəsi çərçivəsindəmüsahibəsində deyib.
O bildirib: "Fikrimcə, münaqişə həll edilsə, region daha da çiçəklənəcək. Dağlıq Qarabağ problemi Fransa-Azərbaycan əlaqələrində ən həssas məsələlərdən biridir və Fransa buna böyük diqqət ayırır".
Diplomat qeyd edib ki, Fransa Prezidenti Fransua Olland bu münaqişənin nizamlanmasında bilavasitə iştirak edib: "Belə ki, ötən ilin oktyabrında Parisdə Fransua Ollandın iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin çox şey vəd edən görüşü keçirildi. Bu görüşdə prezidentlər münaqişə üzrə yol xəritəsi barədə razılığa gəldilər".
P.Mönye əlavə edib: "Həmin vaxt ümid edirdik ki, bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə dinamik və müsbət prosesə start verəcək. Təəssüf ki, bu baş vermədi. Lakin bu, ruhdan düşməyə əsas vermir. Minsk qrupunun fransalı həmsədri münaqişənin nizamlanması üçün işləməyə davam edəcək. Minsk qrupunun hər üç ölkəsi münaqişənin həlli işində ən yüksək səviyyədə iştirak edir".
Onun sözlərinə görə, münaqişə tərəflərinin siyasi iradəsindən təkcə iki xalqın deyil, bütün regionun gələcəyi asılı olacaq.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək