Tarix: 28-10-2016 13:16 | Bölmə: Siyasət

"Rusiya vəİran Ermənistana qarşı təzyiqlərini bir daha artırsın".
Bunu millət vəkili Fəzail Ağamalı parlamentin bugünkü iclasında deyib. Onun sözlərinə görə, işğalçılıq siyasətini davam etdirdiyi üçün hər iki ölkə Ermənistana təzyiq etməlidir: "Həmçinin sanksiya tətbiq olunmalıdır. Çünki Azərbaycanın hər iki qonşu dövlətlə münasibətləri yaxşıdır”.
Millət vəkili Zahid Oruc isə çıxışında qeyd edib ki, beynəlxalq aləmdə elə ermənilər var ki, onlar Azərbaycana qarşı loyal mövqedədirlər: "Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Ancaq təklif edirəm ki, biz səngərdə dayanan erməni ilə mülki ermənini ayırmalıyıq. Biz qanunlarımıza, konstitusiyamıza hörmət edən, Şəhidlər Xiyabanında baş əymək istəyən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik.
Bu yaxınlarda da gördük ki, İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.
Spiker Oqtay Əsədov isə yenə millət vəkili Zahid Oruca irad tutub: "Siz yenə gündəlikdən kənara çıxırsınız. Sonra da deyirsiniz ki, sözüm kəsilir”. (Qafqazinfo)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək