Tarix: 23-10-2016 16:10 | Bölmə: Siyasət

Bu gün Tehranda Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə xüsusi işçi qrupun 47-ci iclası keçirilir.
Reyting.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif iclası açaraq Xəzərin hüquqi statusu ilə bağlı müzakirələrin qarşılıqlı anlaşma şəraitində keçdiyini qeyd edib.
O, tərəflərin müzakirələr zamanı konstruktiv mövqe nümayiş etdirdiklərini, bunun da problemin ədalətli şəkildə həll olunmasına imkan yaratdığını söyləyib. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov çıxışında bildirib ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması istiqamətində aparılan danışıqlar konstruktiv xarakter daşıyır. Dövlət başçılarının Zirvə toplantıları çərçivəsində əldə olunmuş razılaşmalar, qəbul edilmiş qərarlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın əsas prinsiplərinin razılaşdırılması prosesinə öz töhfəsini verib və ümumilikdə Konvensiya layihəsi üzrə işin sürətləndirilməsini təşviq edir.
İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri çıxış edərək deyiblər ki, Xəzəryanı dövlətlər bütün məsələləri birgə müzakirə edib razılığa gəlməlidirlər. Çıxışlarda müzakirələrin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
İclasda Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edir.
İclas oktyabrın 24-də işini davam etdirəcək.

Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək