Tarix: 18-10-2016 12:49 | Bölmə: Siyasət

"Rəsmi Bakı Qarabağa muxtar respublika statusu verilməsini istisna etmir”.
Reyting.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev müsahibəsində deyib:
"Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məntiqli güzəşt mümkündür, region muxtar respublika ola bilər. Bunun üçün Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, həyati fəaliyyəti, özünüidarə hüququ, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi təmin edilməli, Dağlıq Qarabağ muxtar vilayəti ətrafındakı ərazilər azad edilməlidir. Bax, biz münaqişənin həllini belə görürük”.
Bununla belə, Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəşt ola bilməz: "Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmarıq. Lakin yerli idarəetmə ilə bağlı güzəşt ola bilər. Əgər gələcəkdə razılaşsaq, Qarabağ muxtar respublika ola bilər”
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək