Tarix: 14-10-2016 14:05 | Bölmə: Siyasət

"Bu gün Qarabağda olmayan şəxs cibində vəsiqə gəzdirir, ancaq orada canını qoyan şəxs bu gün də veteran statusunu ala bilmir.
Reyting.az-ın xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin iclasında deyib.
Onun sözlərinə görə, bir sıra ictimai birliklər tərəfindən müraciətlər var:
"Həmin müraciətlər Əfqanıstan, Qarabağ döyüşlərində iştirak etmiş şəxslərlə bağlıdır.
Azərbaycanda hərc-mərclik dövründə Azərbaycanın bütövlüyü uğrunda döyüşən şəxs döyüşlərdə iştirakı ilə bağlı veteran vəsiqəsini ala bilməyib. Ancaq döyüş bölgəsini tanımayan şəxs cibində veteran vəsiqəsi gəzdirir. Bu şəxslər də harada gəldi veteran vəsiqəsindən isitfadə edirlər. Odur ki, çalışmalıyıq, haqqı olanlar haqqını alsınlar”.
Deputat əlavə edib ki, vetrenalara verilən 50 manatlıq müavinətin pensiyaya çıxan zaman kəsilməsi ciddi naratalıq doğurur.
"Qanuna görə, vetreanlar pensiyaya və ya təqaüdə çıxdıqda həmin 50 manat müavinət kəsilir. Təklif edirəm ki, bu 50 manat müavinət veteranlara təqaüdə çıxan zaman da verilsin. Bu məsələləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla müzakirə etmişik. Müzakirə zamanı nazir veteran və pensiyaya çıxanlar haqqında elə bir rəqəm səsləndirdi ki, onu dilə gətirmək mümkün deyil. Odur ki, elə etməliyik, haqqı olan haqqını alsın. O baxımdan bu məsələnin həlli üçün ciddi müzakirələrə ehtiyac var”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək