15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
İctimai təhlükəyə qarşı ictimai mübarizə - Elçin Mirzəbəyli yazır
Tarix: 14-03-2020 13:16 | Bölmə: Siyasət

İndi dövlətimizin sərhədləri bizim düşüncəmizdən, davranışlarımızdan, SOSİAL MƏSULİYYƏTimizdən keçir
Hər bir xalqın, toplumun, fərdin intellektual və mədəni səviyyəsi, dünyagörüşü, insani keyfiyyətləri ekstremal vəziyyətlərdə ortaya çıxır. Adi vəziyyətlərdə hər kəsin göz önünə sərgilədiyi bir obraz var. Yalnız təhlükə qarşısında bu obrazın nə qədər gerçək olub olmadığı göz önünə sərgilənir, gerçək kimliklə saxta obraz arasındakı fərq açıq-aşkar görünür.
Koronavirus ölkəmizə ayaq açdığı gündən tanıdığım bəzi insanları, onların davranışlarını, kütləvi informasiya vasitələrini və onların “mənəm-mənəm” deməkdən dodağı çat verən bəzi təmsilçilərini, Avstraliyadakı kenquruların, küçə itlərinin təəssübünü mənsub olduğu xalqdan, yaşadığı torpaqdan dəfələrlə çox çəkən, hər gün sağa-sola payladığı sevgi etirafları daşa, çınqıla, yaxud 8 Martda keçirilən qurşaqdanaşağı aksiyada qaldırılmış məlum şüardakı orqan adlarına toxunub geri qayıdan süddən və əxlaqdan yanıqların sosial şəbəkələri başına götürən ah-vaylarını müşahidə edirəm. Və təəssüflənirəm.
İnsanı digər canlılardan fərqləndirən əsas amillərdən biri və mənə görə birincisi sosial məsuliyyət, ictimai maraqların müdafiəsi, mənsub olduğun xalqın, yaşadığın torpağın, Vətənin, dövlətin mənafeyinin qorunması, xarakter, prosesləri təhlil edib nəticə çıxarmaq bacarığıdır. Fərdi sosial məsuliyyətin, ictimai əxlaqın və bu əxlaqa uyğun davranışların olmadığı yerdə heç bir fərdin mənafeyi qoruna bilməz.
Doğrusu, sosial şəbəkələrdə, hər gün yağışdan sonra üzə çıxan göbələklər kimi sayı artmaqda olan “xəbər saytları”nda yaradılan ajiotajın, WhatsApp və digər aplikasiyalar vasitəsilə yayılan saxta məlumatların haradan, hansı təfəkkürdən qaynaqlandığını anlamağa çətinlik çəkirəm. Axı bu məlumatları yayanların, paylaşanların heç də hamısı “sapı” özgə əllərində olan “balta”lar deyil. Aralarında tanıdıqlarım da var və koronavirus təhlükəsi yarananadək onları ən azı şüurlu insan kimi qəbul edirdim. Görünür yanılmışam.
Koronavirus fərdi təhlükə deyil, toplumsal təhlükədir və toplumsal müdafiə tələb edir. Aptekləri, marketləri “yağmalaqla”, bir neçə günlük, yaxud aylıq ərzaq ehtiyatı toplamaqla hətta özünü belə müdafiə edə bilməzsən, nəinki doğmalarını və yaxınlarını...
Sosial məsuliyyət və milli təhlükəsizlik
Dövlət öz vətəndaşlarını qorumaq üçün üzərinə düşən bütün vəzifələri layiqincə həyata keçirir.
Üümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.
Hazırda Azərbaycan hökuməti ÜST-ün tövsiyələrini və beynəlxalq təcrübəni nəzərə alaraq, əhalinin sağlamlığının etibarlı qorunması və virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib.
Azərbaycan koronavirus pandemiyasının ən çox yayıldığı ölkələrin biri – İranla həmsərhəddir. Eyni zamanda, tranzit yolların üzərində yerləşir. Ölkə ərazisindən çoxsaylı nəqliyyat dəhlizləri keçir. Belə bir şəraitdə koronavirusun qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi və ciddi nəticələrin əldə olunması çox çətindir. Buna baxmayaraq, Azərbaycan öz ərazisini virusun yayılmasından ciddi şəkildə qorumağı bacarır və istənilən hadisəyə, fakta, yaxud hansısa informasiyaya, məlumata çox çevik reaksiya verir. Bütün işlər dövlət qurumları arasında fəal şəkildə koordinasiya olunur.
Məlum olduğu kimi, Azərbaycan həm də Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb. Eyni zamanda qonşu İrana da epidemiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi üçün 5 milyon ABŞ dolları məbləğində yardım göstərib. Hər ikisi ciddi humanitar addımlardır. Bu, Azərbaycan dövlətinin qlobal məsuliyyətini nə dərəcədə dərk etməsindən irəli gələn faktordur. İndiki şəraitdə hətta maliyyə resursları etibarilə Azərbaycandan kifayət qədər geniş imkanları olan ölkələr var, amma bizim sərgilədiyimiz bu mövqeni təəssüflər olsun ki, onlar göstərə bilmirlər. Bu baxımdan təsadüfi deyil ki, ölkəmizin atdığı addımlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də təqdir edilir, eyni zamanda bir çox ölkəyə nümunə göstərilir.
İnfeksiyanın dünya ölkələrində geniş yayılması ilə əlaqədar ÜST tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunması isə Azərbaycanda əlavə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.
Bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması, dövlət və özəl sektora aid qurumlar, vətəndaşlar üçün xüsusi qaydaların elan olunması və onlara ciddi riayət olunması üçün nəzarət mexanizminin formalaşdırılması və tətbiqi qərara alınıb.
Tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, ümumilikdə bütün cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə müvafiq məsuliyyət qoyur.
Tərbiq olunan qaydalar MİLLİ TƏHLÜKƏSİZLİK və MİLLİ HƏMRƏYLİK məsələsidir
və tutduğu mövqedən, baxışlarından asılı olmayaraq hər bir vətəndaşdan maksimal şəkildə diqqətli və məsuliyyətli olmaq tələb olunur.
Hər bir vətəndaş bilməlidir ki, tətbiq olunan qaydalar ilk növbədə onun və yaxınlarının təhlükəsizliyini, sağlamlığını təmin edən müvəqqəti və məcburi addımlardır. Buna görə də hamı qaydalara anlaşıqlı, dözümlü yanaşmalı, onları maksimum icra etməyə çalışmalıdır. Səbrli, təmkinli olmaq, şayiələrin qarşısının alınması üçün prinsipial mövqe nümayiş etdirmək, milli təhlükəsizliyimizə təhdid yarada biləcək istənilən şübhəli davranışın qarşısının alınmasına cəhd göstərməliyik.
Kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri bilməlidirlər ki, mövcud qaydalar həm də cəmiyyətimizin İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ məsələsidir. Hər bir media orqanı, sosial şəbəkə istifadəçisi vətəndaşlar tərəfindən qaydalara riayət olunmasını malik olduğu potensiala uyğun təbliğ etməli, insanları maarifləndirməli, cəmiyyətdə panika və ajiotaj yaranmasına yol verməməli, insanların narahatlığına səbəb olacaq məlumatlar, şayiələr yaymaqdan çəkinməlidirlər.
Hamı bilməlidir ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndiriləcək və müvqafiq hüquqi məsuliyyət doğuracaq. İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir.
Hər bir vətəndaş nümunəvi davranışı, dövlət orqanlarının işinə dəstək verməklə özünü, ailəsini, yaxınlarını qorumuş olacaq və ümumilikdə cəmiyyətimizin təhlükəsizliyinə öz vətəndaş töhfəsini verəcək.
Təkcə dövlət orqanlarının səmərəli fəaliyyəti deyil, ayrı-ayrılıqda hər bir şəxsin SOSİAL MƏSULİYYƏTdən irəli gələn davranışı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv icrasını təmin edən əsas faktorlardan biridir.
İndi BİRLİK, HƏMRƏYLİK məqamıdır. Atdığımız hər bir addımın, dediyimiz, yazdığımız hər bir sözün məsuliyyətini anlamalı, Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarlarına əməl etməklə özümüzü, doğmalarımızı, həmvətənlərimizi, Vətənimizi bütün bəşəriyyəti ciddi çağırışlar qarşısında qoyan koronavirus təhlükəsindən qorumalıyıq. İndi dövlətimizin sərhədləri bizim düşüncəmizdən, davranışlarımızdan, SOSİAL MƏSULİYYƏTimizdən keçir. İndi hər bir Azərbaycan vətəndaşı bu sərhədləri ilk növbədə özünün və doğmalarının təhlükəsizliyini təmin etmək üçün qorumalıdır.
Tanrı Azərbaycanı qorusun!
Elçin MİRZƏBƏYLİ
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək