15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azərbaycanda parlament seçkiləri: Beynəlxalq missiyaların rəyi - TƏHLİL
Tarix: 11-02-2020 14:53 | Bölmə: Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin ötən il dekabrın 5-də imzaladığı sərəncamla Milli Məclisin beşinci çağırışı buraxıldı və parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edildi.
Milli Məclisin tərkibinin peşəkar komanda səviyyəsində yenilənməsi zərurətə çevrilmişdi. Hakimiyyətin hər üç qolunun (icra, qanunverici və məhkəmə) işində qarşılıqlı çeviklik artırılması baxımından bu seçkilər önəmli idi. Yeni deputat korpusu ilə qanunverici hakimiyyətin dövlətin qarşıya qoyduğu vəzifələri həyata keçirməsi üçün faydalı iş əmsalını artıracağı gözlənilirdi.
Bu baxımdan, 9 fevral seçkilərini beynəlxalq təşkilatlar və aparıcı dünya mediası da diqqətlə izləyirdi. Beləliklə, fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirildi. Artıq beynəlxalq təsisatlar seçkilərin nəticələrinə ilkin rəylərini verib. Rəylərdə, əsasən, seçki prosesinin təşkili, namizədlərin qeydiyyatı, Mərkəzi Seçki Komissiyasının işi, təbliğat-təşviqat prosesinin əsasən yaxşı təşkil olduğu vurğulanıb. Bir neçə beynəlxalq təşkilatın ilkin rəyində diqqət çəkən bəzi dairələrdə səslərin sayılma prosesində baş verən qanun pozuntularının məyusedici olduğu, bunun araşdırılmasının vacibliyi vurğulanıb. Öz növbəsində, Azərbaycan MSK 7 dairədə seçkinin nəticələri ilə bağlı araşdırma başlanıldığını, 300-dən çox video materialın araşdırıldığını qeyd edib.
Artıq bir çox ölkələrin rəhbərləri Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, ölkə rəhbərini yeni qanunverici orqanın formalaşması münasibətilə təbrik ediblər.
Prezident İlham Əliyev fevralın 10-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bəyan edib ki, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir: “Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik abı-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, - bu, əslində, belədir, siz də bunu qeyd etdiniz, - seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur”.
Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) Milli Məclisə növbədənkənar seçkilərlə bağlı fevralın 10-da ilkin qənaətlərini açıqlayıblar və bəzi tənqidlərə baxmayaraq, hesabatda bir sıra müsbət məqamlar da öz əksini tapıb.
ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov vurğulayıb ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir.
Gerasimov səsvermənin gedişində hər hansı qayda pozuntusu ilə rastlaşmadığını bildirib. DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler isə qeyd edib ki, yeni parlamentin legitimliyini tanımaq onların mandatına aid deyil. Vurğulayaq ki, beynəlxalq missiya tənqidlərlə yanaşı, bir sıra müsbət məqamları da qeyd edib. Beynəlxalq müşahidəçilər bildiriblər ki, namizədlərin qeydiyyatı prosesində ciddi pozuntular qeydə alınmayıb, 19 siyasi partiyanın təmsilçisi Milli Məclisə seçkilərə qatılıb, 89 min yerli, 883 beynəlxalq müşahidəçinin rəsmən qeydiyyatdan keçib. Vurğulayaq ki, 125 yer uğrunda 1314 namizəd mübarizə aparıb. Beynəlxalq müşahidəçilər də qeyd edib ki, bu, 2015-ci ildəki son parlament seçkilərindən iki dəfə çoxdur. Seçkilərdə 19 siyasi partiyadan 246, təşəbbüs qruplarından 11 və bitərəf olan 1057 namizəd iştirak edib. Seçicilərin fəallığı 47,81% olub, səsvermədə 2 milyon 547 min 982 nəfər iştirak edib.
Seçki məntəqələrinin resurslarla təmin edilməsi, MSK-nın müşahidə edilən pozuntulara dərhal reaksiya verməsi, beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı münasibətin mövcud olması bütün rəylərdə vurğulanır. Beynəlxalq missiya seçkilərlə bağlı keçirilən toplantıların müşahidəçilər və mediaya açıq olmasına xüsusilə diqqət çəkib. Qərarların bir qayda olaraq həmrəyliklə qəbul edilməsi, məlumatların qanunda göstərildiyi zaman kəsiyində saytda yerləşdirilməsini şəffaflığın təmin edilməsi kimi qiymətləndirən beynəlxalq müşahidəçilər onu da vurğulayırlar ki, şəffaflıq məqsədilə seçki məntəqələrində mindən çox kamera yerləşdirilib.
Bütün bu amillərlə yanaşı, bir fakt da diqqəti çəkdi. Mətbuat konfransı sivil qaydada, aqressiyadan uzaq bir şəraitdə keçdi və bu, ötən seçkilərdən sonra yaşanmış xoşagəlməz haldan sonra çox yaxşı haldır.
ATƏT DTİHB-nun budəfəki dəyərləndirməsində tənqid, qeyd etdiyimiz kimi, daha çox bəzi məntəqə və dairələrdə səslərin sayılması zamanı baş vermiş pozuntularla bağlıdır. Həmin dairələrdə araşdırma aparıldığını isə MSK da vurğulamışdı.
Burada bir məqama da diqqət yetirək. Bəzi müxalifətçilərin Azərbaycan nümayəndə heyətinə Avropa Şurasında səlahiyyət verilməməsi məsələsinin qaldırılmasına hətta AŞPA nümayəndəsi Frank Şvabenin də skeptik yanaşdı. O, bunun AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra mümkün olmayacağını vurğuladı.
Nəzərə almaq lazımdır ki, DTİHB-in seçkilərlə bağlı tənqidləri yalnız Azərbaycana münasibətdə özünü göstərmir. Ümumiyyətlə, missiyanın məqsədi ATƏT məkanında olan ölkələrdəki seçki prosesinin daha çox təkmilləşdirilməsi üçün nöqsanları daha qabarıq şəkildə deməkdir. Demokratik institutların inkişaf etdiyi Qərbi Avropa ölkələrində keçirilən seçkiləri missiya daha sərt tənqid edir və daha ciddi problemlərin mövcudluğu açıqlanır.
Beləliklə, Milli Məclisin yeni tərkibi demək olar ki, bəllidir. Bəzi dairələrdəki nəticələrə yenidən baxıla bilər, lakin bu, seçkinin ümumi nəticəsinə təsir göstərməyəcək. Bir sözlə, artıq yeni parlamentin formalaşdığını bəyan edə bilərik.
Gözləntilərə görə, yeni Milli Məclis yenilənən və adekvatlaşan dövlət idarəçiliyi sisteminin bir parçasına çevrilməyi bacaracaq, bu siyasətin tərkib hissəsi kimi qanunverici bazanın möhkəmlənməsinə xidmət edəcək.
Prezident Administrasiyası, Nazirlər Kabineti, icra hakimiyyəti başçıları ilə bağlı həyata keçirilən dəyişikliklər fonunda iqtisadi sahədə də ciddi addımlar atılmışdı. Vergilər, Əmlak Məsələləri Dövlət Komitəsi, digər iqtisadi qurumların birləşdirilməsi, habelə, sosial blokun islahatları - maaşların, pensiyaların, müavinətlərin və s. artırılması müşahidə edilirdi. Lakin islahatlar davam etməli idi və bu baxımdan, Milli Məclisin də yenilənməsinə zərurət yaranmışdı. Yeni parlamentin tərkibində 40 nəfərə qədər yeni sima var. Ən maraqlısı isə odur ki, yeni seçkilərin önəmini sadə vətəndaşlar da anlayır və odur ki, bu həssas məqamda ölkədə sabitliyin əsas təminatçısı kimi məhz vətəndaş çıxış edir. İnsanlar islahatların davam edəcəyinə inanır...
APA Analytics
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək