Tarix: 28-09-2016 12:10 | Bölmə: Siyasət

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsinin iclasında Azərbaycan tərəfindən təqdim olunan 3 hakimin namizədliyi məsələsinə baxılacaq.
APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, iclas sentyabrın 29-30-da Parisdə keçiriləcək.
Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə hakimlər Kəmalə Abıyeva, Lətif Hüseynov və Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.
Yekun qərarın oktyabr ayında AŞPA tərəfindən verilməsi gözlənilir. Qeyd edək ki, bundan əvvəl AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.
Hazırda Azərbaycanın AİHM-dəki hakimi Xanlar Hacıyevdir.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək