Tarix: 24-09-2016 21:13 | Bölmə: Siyasət

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinə (referendum) hazırlıq və onun təşkilinin monitorinqinin həyata keçirilməsi üçün beynəlxalq müşahidəçilərdən ibarət missiyası Bakıya gəlib.
MDB PA-dan verilən məlumata görə, missiyaya Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov rəhbərlik edir.
Missiyanın tərkibinə MDB PA-nın iştirakçısı olan 6 dövlətdən (Belarus, Qazaxıstan, Qırğız Respublikası, Moldova, Rusiya və Tacikistan) parlamentarilər və ölkələrin ali qanunverici orqanlarının nümayəndələrindən ibarət 22 müşahidəçi, eləcə də MDB PA Şura Katibliyinin əməkdaşları və MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının vəvətəndaşların seçki hüquqlarına riayət olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) ekspertləri daxildir.
Referendumun qısamüddətli monitorinqi zamanı Milli Məclisin, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.
MDB PA-nın beynəlxalq müşahidəçiləri seçki günü Bakı və Sumqayıtda, eləcə də Abşeron rayonunun yaşayış məntəqələrində seçki məntəqələrində referendumun gedişatının monitorinqini həyata keçirəcəklər.
Xatırladaq ki, sentyabrın 26-da Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi (referendum) keçiriləcək. (Report.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək