15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Zaur Əhməd: “Milli Məclisə xalqın haqqını istəməyə gedirəm” - Video
Tarix: 01-02-2020 11:32 | Bölmə: Siyasət

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd, “Unikal” qəzetinin redaktoru Zaur Əhməd oğlu Məmmədov Unikal.org-un suallarını cavablandırıb.
Reyting.az həmin müsahibəni təqdim edir:
- Zaur müəllim, necə oldu Parlament seçkilərinə qatılmaq barədə qərar verdiniz? Niyə məhz bu dairədən namizədliyinizi irəli sürdünüz?
- Öncə onu qeyd edim ki, mən birinci dəfə deyil ki, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsindən namizədliyimi irəli sürmüşəm. 2010-cu ildə də belə bir cəhdim olmuşdu. Amma həmin dövrdə rayon rəhbərliyi və Milli Məclisin həmin dairə üzrə təmsilçisi mənə süni əngəllər yaratdılar və qanunsuz olaraq namizədliyimi qeydə almadılar.
Amma bu dəfə durum fərqlidir. Həm Prezidentin müəyyən çağırışları oldu, həm də ölkədə başlayan islahatların davamı olaraq, parlamentin buraxılması məndə də inam yaratdı ki, bu dəfə seçki mühiti fərqli olacaq. Bundan əlavə, mən Cəbrayıl rayonundanam. Yəni, bu dairə mənə yad deyil.
- Seçiciləri seçkilərdə səs verməyə çağırmaq çətin olmur ki? Seçicilərin deputatlara inamı necədir?
- İnsanların seçki ilə bağlı düşüncələri fərqlidir. Əksəriyyət hesab edir ki, seçki ilə nəyisə dəyişmək mümkün deyil. Bu məsələ bizim üçün də ciddi problem oldu.
Bizim seçki komandamız peşəkarlardan ibarətdir. Bu adamlar nə qədər peşəkar olsalar belə, biz seçici ilə təmas məsələsində çətinliklər çəkdik. Hətta imzatoplama kampaniyasında belə insanların inam məsələsində ciddi problemlər var idi. “Nə baş verəcək ki, nə dəyişib ki?”, - sualları qarşısında qalırdıq. Bax, bu inamsızlıq məsələsi bizə çətinlik yaratdı.
Biz keçirdiyimiz görüşlərdə də müəyyən problemlərlə rastlaşdıq. Bizim dairə dağınıqdır, ölkənin bir çox yerlərində seçki məntəqələri var, əhalinin özü də müxtəlif yerlərdə məskunlaşıb. Kampaniya aparmaq çətin idi. Bu seçki prosesində bütün adamları əhatə etmək, insanlarla görüşmək, fikirlərimizi onlara çatdırmaq çox çətin oldu.
Sosial şəbəkə üzərindən, media üzərindən müəyyən çağırışlarımız oldu. Əlimiz çatmayan, özümüzün gedə bilmədiyimiz yerlərə çalışdıq ki, fikrimizi digər formada çatdıraq.
Başqa bir məsələ də təbliğat-təşviqat zamanı üzləşdiyimiz problemlərdir. Görüş yerlərinin ayrılması məsələlərində müəyyən ayrı-seçkilik oldu. Ad çəkmək istəmirəm, amma icra orqanlarının dəstək verdiyi namizəd vardır. O namizədə yaradılan şərait digər namizədlərə, eləcə də mənə yaradılmadı. Əksinə, maneələr vardı ki, bizim görüşlərimiz uğurlu alınmasın. Eyni zamanda, insanlarda qəribə bir vəziyyət yaranıb, elə bilirlər ki, əks fikir söyləyən, problemlərdən danışan namizədi dinləmək onlara sonradan problem yarada bilər. Biz çalışdıq ki, bu sindromu sındıraq. Fikrimcə, müəyyən dərəcədə buna nail ola bildik.
- Ümumiyyətlə, görüşdüyünüz cəbrayıllılar və qubadlıların hansı problemi var?
- Əslində onların millət vəkilindən gözləntiləri yoxdur, bunun da acı bir səbəbi var. Onlar bu günə kimi görməyiblər ki, millət vəkili onlara nə edə bilər. Cəbrayılı təmsil edən millət vəkilinin fəaliyyəti demək olar ki, olmayıb. Sadəcə, Milli Məclisə gəlib-gedib. Seçici ilə işləməyiblər. Seçici öz problemini Milli Məclis səviyyəsinə qaldıra bilməyib. Ona görə də millət vəkili institutuna Cəbrayılda inam yoxdur.
Keçirdiyimiz görüşlərdə seçicilərin problemləriylə maraqlandıq. Bunu da qeyd edim ki, bu günə kimi seçki başlamamışdan əvvəl mən Cəbrayıl-Qubadlı sakinlərinin problemləri ilə yaxından tanış idim. Belə deyim ki, millət vəkili olmayanda təbii ki, ortada sözünü deyə biləcək, onların haqqını araya biləcək institut mediadır. Onlar da mediadakı təmsilçisi kimi mənə müraciət edirdilər.
Bütün hallarda əlimizdən gələn işləri görmüşük. Görüşlərimiz zamanı müəyyən problemlərin olduğunu bildik. Cəbrayıllıların kompakt yaşadığı Biləsuvardakı qəsəbələrdə içməli su problemi var. Yerli icra hakimiyyəti iddia edir ki, əhaliyə verilən su keyfiyyətlidir, amma içəndə bunun əksi hiss olunur.
Qəsəbələrdə işsizlik problemi də mövcuddur. Orada iş yeri açmaq imkanları məhduddur. Sahibkarlığın inkişafı üçün şərait yoxdur. Kənd təsərrüfatı ilə bağlı da imkanlar məhduddur. Qazi və müharibə veteranlarının da problemi var. Bəziləri veteranlıq hüquqlarını təmin edə bilmirlər. Özünəməşğulluq proqramının icrasında da ciddi nöqsanlar var. Ehtiyacı olan yüzlərlə insan var ki, onlar bu proqramdan yararlana bilmir. Bu sahəyə məsul olan şəxslərin rüşvət və digər istəklərinin olduğu bildirilir.
Mehdiabadda Qaranat qəsəbəsi neçə ildir salınıb, amma hələ də telefon xətti çəkilmir. St.Sumqayıtda salınan qəsəbədə mobil rabitədə problemlər var. Bunların həlli üçün ciddi çalışmaq lazım gələcək.
Bir məqamı vurğulamaq istəyirəm. Görüşlərin birində bir yaşlı anamız dedi ki, biz sənə səsə verəcəyik, amma gedib Milli Məclisdə yatma. Ona söz vermişəm, Milli Məclisə yatmağa, yaxud susub oturmağa yox, xalqın haqqını istəməyə gedirəm.
- Sizin bu problemləri aradan qaldırmaq üçün hansı layihə və ya proqramlarınız var?
-Təbii ki, problemlərlə bağlı bizim müəyyən proqramlarımız var. Platformamda da bu məsələlərin həlli üçün atacağım addımları qeyd etmişəm. Amma millət vəkili hansısa problemi həll edən şəxs, yaxud icra orqanı nümayəndəsi deyil. Mən deputat seçilsəm, bütün problemlər qeydə alınacaq, analiz olunacaq, sonra problemlərin həlli 3 mərhələyə bölünəcək, bu məsələlər Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq. Aidiyyatı dövlət qurumlarına müraciət edəcəyəm, sorğular göndərəcəyəm. Sonra həmin problemlərin həlli üçün konkret addımlar atacağam. Müraciət etməklə işimi bitmiş saymayacam. Qurumlar qarşısında məsələ qaldıracam ki, seçicilərimin bu problemi niyə aradan qaldırılmır?
Mənim istəyim odur ki, seçiciləri narahat edən məsələləri Milli Məclis müstəvisində qaldıraq. Əgər seçicilərin problemi Milli Məclisdə səslənsə, insanları narahat edən problemlər öz həllini tapar.
- Bildiyimiz kimi, bir neçə gün öncə hansı dairədən kimlərin deputat olacağı ilə bağlı siyahı yayıldı. Sizin bu siyahıya münasibətiniz necədir? Sizcə, bu cür addımlar seçicilərə, səsvermə prosesinə təsir edəcəkmi?
- Hesab edirəm ki, bu cür siyahıların yayılması çox ciddi problem yaradır. Biz seçicilərlə görüşlər zamanı onları inandırmağa çalışırıq ki, seçkiyə gəlin, səs verin. Onları inandırmağa çalışırıq ki, bu dəfə daha fərqli və şəffaf seçkilər keçiriləcək. İnsanlarda seçkilərə olan sınmış inamı geri qaytarmağa çalışırıq. Amma seçkiyə 10 gün qalmış belə bir siyahı ortaya çıxdı. Çox təəssüf ki, hörmət etdiyimiz, ictimai nüfuzu olan şəxslər bu məsələyə dəstək verir.
Biz vətəndaşlara aşılamaq istəyirik ki, sən öz taleyini özün təyin edəcəksən. Amma bu siyahı bizim bu zamana kimi gördüyümüz təbliğat işlərinə ciddi zərbə vurur. İnsanlar deyir ki, “baxın, siyahı bəllidir. Bizim səs verməyimizin heç bir mənası yoxdur”. Amma bu, belə deyil. Mənim fikrimcə, həmin siyahıya fikir vermək lazım deyil. Seçkiyə gəlmək, mövqe bildirmək lazımdır. Əgər hər kəs seçkiyə gedib səs versə, vətəndaşların ürəyində olan siyahı reallığa çevriləcək.
- Son olaraq, soruşmaq istərdim ki, seçkilərin nəticələrindən gözləntiniz necədir? Bu dairənin aktiv namizədlərindən biri kimi qələbə qazanacağınız nə qədər real görünür?
- Cəbrayıl və Qubadlı sakinlərinin nə istədiyini yaxşı bilirəm. Əslində bu dairədən namizəd olmağım da təsadüfi deyil. Seçicilərlə görüşlərdə çox gözəl əhval-ruhiyyə və dəstək gördüm. Keçmiş döyüşçülərdən, şəhid ailələrinin üzvlərindən, təmsil etdiyim rayonun sakinlərindən isti münasibət gördüm. Hamısı deyirdi ki, biz şəhid övladı Zaur Məmmədovu dəstəkləyəcəyik. İnsanların görüşündəki münasibətindən, sosial şəbəkədəki dəstəkdən, seçici zənglərindən əminəm ki, seçkilərə müdaxilə edilməsə, qələbə mənim olacaq. Əgər seçkiyə haram qatılmasa, ənənəvi seçki üsulu tətbiq olunmasa, bu dairədə qələbə qazanacağıma inanıram. İstəyirəm seçicilər bunu unutmasın. Əgər mənə səs verib, deputat seçsələr, Cəbrayıl və Qubadlı sakinləri Milli Məclisdə olacaq. Bir sözlə, bu günə kimi görmədikləri Millət vəkili obrazını mənim timsalımda görəcəklər.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək