15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Yəhya Babanlı: “Üstünlüyüm elimə, obama daha yaxın olmağımdır”
Tarix: 31-01-2020 14:31 | Bölmə: Siyasət

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 7 saylı Ordubad-Culfa Seçki Dairəsi üzrə namizəd Yəhya Məmməd oğlu Babanlının
Platforması
Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilər ölkənin tarixində mühüm ictimai-siyasi hadisələrdən biri olacaqdır. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar dövlət-vətəndaş münasibətlərini keyfiyyətcə yeni mərhələyə çıxarmaqdadır. Bu mərhələnin ən səciyyəvi cəhətlərindən biri siyasi elita ilə sadə vətəndaşlar arasında birbaşa ünsiyyət imkanlarını genişləndirməsi, qarşılıqlı inam və etibarı daha da dərinləşdirməsidir.
Mövcud reformalar cəmiyyətin bütün təbəqələri tərəfindən dövlət başçısının idarəçilik sistemini daha modern, çevik və effektiv prinsiplər əsasında yenidən formalaşdırmaq istəyinin ifadəsi kimi qəbul olunmaqdadır. Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyur. Ən yeni tarixi anın iştirakçısı olmaq, həyata keçirilən islahatlara dəstək vermək hər birimizin vətəndaşlıq borcudur. Parlament seçkilərinə qoşulmaq təşəbbüsümün əsas səbəbi də bir vətəndaş, gənc və ziyalı olaraq bu tarixi əhəmiyyətli prosesə töhfə verməkdir. Əminəm ki, seçicilərin də dəstəyi ilə bu seçkilərdə qalib gələrək, üzərimizə düşən missiyanı ləyaqətlə yerinə yetirə biləcəyəm. Hesab edirəm ki, platformamda əksini tapmış ideya və təkliflər Naxçıvanda həyata keçirilən davamlı sosial-iqtisadi islahatlara töhfə olacaqdır.
Dövlət maraqlarının müdafiəsi
- Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Dövlət başçısı İlham Əliyevin inamla və uğurla davam etdirdiyi milli dövlətçilik ideologiyasının etibarlı, qətiyyət və sədaqətlə müdafiəsi;
- Azərbaycanın milli maraqlarının və dövlətçilik mənafelərinin bütün səviyyə və platformalarda effektiv formada qorunması;
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, xalqımızın tarixən məruz qaldığı terror, soyqırımı və deportasiya aktları barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
- Azərbaycana, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı bəzi ölkələrin tarixi saxtalaşdırmaq üsulları ilə irəli sürdüyü ərazi iddialarının faktlar əsasında beynəlxalq platformalarda ifşa olunması;
- Naxçıvan Muxtar Respublikası rəhbərliyinin Prezident İlham Əliyevin müəyyənləşdirdiyi milli strateji inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirdiyi siyasətin müdafiəsi.
Sosial sahədə
- Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, qaçqın və məcburi köçkünlərin problem və qayğılarının daim diqqət mərkəzində saxlanılması;
- Aztəminatlı ailələr, fiziki məhdudiyyətli şəxslər, xüsusi qayğıya ehtiyacı olan insanlara daim dəstək göstərilməsi;
- Qocaların, gənclərin-yeniyetmələrin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə müvafiq mərkəzlərin, klublarının və evlərin açılması;
- Kənd, qəsəbə və şəhərlərdə xeyir-şər evlərinin tikintisi;
- Su-kanalizasiya sistemlərinin yenidən qurulmasına ehtiyac duyulan yaşayış məntəqələrinin müəyyən olunması və bu barədə müvafiq təkliflər paketinin hazırlanaraq dövlət qurumlarına təqdim edilməsi;
- Təhsilin keyfiyyətinin yüksəldilməsi və səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlara dəstək məqsədilə təkliflərin hazırlanması.
İqtisadi sahədə
- Naxçıvan Muxtar Respublikasının, Ordubad və Culfa rayonlarının sosial-iqtisadi inkişafı, layihələrin təşəbbüskarı kimi çıxış etmək və bu layihələrin həyata keçirilməsinə dəstək olmaq;
- Kənd icmalarının təsis olunması və ixtisaslaşma üzrə mikro istehsal müəssisələri üçün şəraitin yaradılması (məsələn, dağ otlarının qablaşdırılması, meyvə qurudulması sexləri və s);
- İçməli su və suvarma sistemlərinin yaradılması, yeni artezian quyularının qazılması və melorativ tədbirlərin görülməsi;
- Ordubad rayonunda konserv zavodunun və yeni tipli ipəkçilik fabrikinin tam gücü ilə bərpası;
- Culfa rayonunda Azad iqtisadi zonanın yaradılması;
- Su bəndlərinin, drinajların qurulması yolu ilə qismən yağış suyundan istifadə olunmaqla kiçik su elektrik stansiyalarının inşası və həmin kanaldan kənd təsərrüfatı üçün istifadə edilməsi;
- Yerli meyvə sortlarının qorunması və məhsuldarlığının artırılması məqsədi ilə tinkçilik təsərrüfatının inkişaf etdirilməsi;
- Kənd təsərrüfatının inkişafına və yerli istehsalın artmasına xidmət edən bütün layihə və təşəbbüslərin dəstəklənməsi.
Turizm sahəsində
- Bölgənin turizm potensialının təbliği və təşviqi üçün müvafiq obyektlərin, otel, motel, hostel və s. inşası;
- Kəndlərdə ekoturizm infrastrukturunun qurulması;
- Tarixi abidələrin bərpası (qədim yaşayış yerləri, kurqanlar, hamamlar, məscidlər, pirlər və s.) diyarşünaslıq muzeylərinin və kənd evlərinin yaradılması;
- Ordubad şəhərində tarix və şəxsiyyətlər parkının salınması;
- Xarabagilan və Xanəgah Açıq Səma Altında Muzey Komplekslərinin yaradılması;
- Akademik Həsən Əliyev adına Kiçik Qafqaz Təbiəti Mühafizə Virtual Mərkəzinin yaradılması ilə bağlı Heydər Əliyev Fonduna təklifin verilməsi;
- Yerli əhalinin, qonaqların, turistlərin istirahəti və qidalanması üçün süni göllərin, balıq vətəgələrinin yaradılması və həvəskar turistlərin balıq ovuna cəlb edilməsi;
- Əslən Naxçıvandan olan həmyerlilərimizi müqəddəs saydığımız diyarın təbliğatçısına çevirmək məqsədilə “Hər il bir dəfə Naxçıvanda” şüarı altında turist marşrutunun hazırlanması və “Naxçıvan günləri”nin keçirilməsi.
Gənclərlə iş sahəsində
- Gənclərin məşğulluğunun təmin edilməsi məqsədilə kompleks tədbirlər planının hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunması;
- İnformasiya texnologiyaları sahəsində ixtisaslaşmış peşəkar mütəxəssislərə dəstək verilməsi;
- İstedadlı gənclərin irəli çəkilməsi ilə bağlı təkliflərin hazırlanması;
- Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, şəhidlərin adının əbədiləşdirilməsi, məktəblərdə, kitabxanalarda və s. guşələrinin yaradılması;
- M. T. Sidqi adına maarifləndirmə, təlim-tədris mərkəzinin açılması;
- Yerli yardım fondlarının yaradılması təşəbbüsü ilə çıxış etmək və müxtəlif layihələrin, xüsusilə ehtiyacı olan tələbələrin təhsil xərclərinin qarşılanması;
- Bakıda Ordubad və Culfadan olan tələbələrin yataqxana təminatı ilə bağlı məsələlərin aradan qaldırılması (iş adamlarının cəlb edilməsi yolu ilə).
- Xaricdə yaşayan və təhsil alan gənc həmyerlilərimizlə görüşlərin keçirilməsi və onların Vətənlə əlaqələrinin gücləndirilməsi məqsədilə layihələrin gerçəkləşdirilməsi.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək