15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Ziyad Səmədzadə namizədliyini geri götürə bilərmi? – 23-cü dairədə gözlənilənlər
Tarix: 25-01-2020 19:42 | Bölmə: Siyasət

Yanvarın 23-də 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsindən Milli Məclis üzvlüyünə bitərəf namizəd, həmin dairəni V çağırışda parlamentdə təmsil edən Hacı Salayev seçki marafonundan kənara çəkildiyini elan etdi. Hacı Salayevin bu addımı siyasi müşahidəçilərdə belə bir ehtimal yaradıb ki, yanvar ayının sonuncu gününə, yəni səsvermə büllütenləri Mərkəzi Seçki Komissiyası tərəfindən çap olunmaq üçün mətbəəyə göndərilinə qədər Bakı şəhərində də dəfələlərlə deputat olmuş, xüsusən də rəsmi izahata görə, ölkədə vüsət alan islahatlara töhfə və müasir çağırışlara cavab vermədiyi üçün fəaliyyətinə xitam vermiş parlamentin V çağırışdakı tərkibində yer alan bəzi isimlər öz namizədliklərini geri götürəcəklər. Bakı şəhərində Azərbaycan üzrə mövcud olan 125 seçki dairəsindən 29-u yerləşir, həmin 29 seçki dairəsindən 20-də “köhnə deputatlar” yenidən öz namizədliklərini irəli sürüb. Yenidən namizəd olan köhnə deputatların hər birinin qələbə qazanması isə o deməkdir ki, parlamentin tərkibi Bakıda - ölkənin paytaxtında böyük ölçüdə yenilənmir, sadəcə, cüzi dəyişikliklərə məruz qalır. Bu isə ictimai rəydə belə bir sual yarada bilər ki, əgər parlamentin tərkibi böyük ölçüdə dəyişməyəcəkdisə, o zaman seçkilərin erkən keçirilməsi nəyə lazım idi? Əlbəttə, seçkilərdən sonra bu sual istər-istəməz müxalifət tərəfindən səsləndiriləcək və cavabların qaneedici olmaması ucbatından İlham Əliyev hakimiyyətinin opponentləri post-elektoral dövrdə cəmiyyət qarşısında haqlı görsənməyə başlayacaqlar. Məhz elə bu səbəbdən də düşünülür ki, heç bir namizədə “səni mütləq mandatla təmin edəcəyik” vədi verməmiş hakimiyyət komandası özünüburaxmış parlamentin bəzi üzvlərinin ya seçkilərdən kənarlaşması üçün mesaj verəcək, ya da qutuda məğlub olmasına maneçilik törətməyəcək.
Bəs, hakimiyyət paytaxtda hansı dairədəki köhnə parlamentarinin öz namizədliyini geri götürməyə sövq edə bilər? Bu sualla özünüburaxmış parlament üzvlərinin yenidən namizəd olduğu dairələrə göz gəzdirdikdə məlum olur ki, hakimiyyətin “geri çəkil” tövsiyəsi verə biləcəyi yerlər nəinki o qədər də çox deyil, hətta cəmi bir dairədir. Bu, Bakı şəhərinin ən mərkəzi hissələrini əhatə edən 23 saylı Nəsimi-Səbail Seçki Dairəsidir.
23 saylı Nəsmi-Səbail Seçki Dairəsindən hakim Yeni Azərbaycan Partiyasının rəsmi namizədi Rəhimov Elnur Fidail oğludur. YAP Nəsimi təşkilatının gənclər birliyinin sədri olan Elnur Rəhimovu “Google” axtarış sistemi belə çətinliklə tanıyır, ölkənin ictimai-siyasi həyatında hər hansı fəal iştirakı ilə bağlı məlumatlar vermir. Heç kimə sirr deyil ki, hakim partiya digər namizədlərin qələbəsinə şərait yaratmaq məqsədi ilə müəyyən dairələrdə bu cür namizədlər irəli sürür və praktiki olaraq öz resurslarını bitərəf, yaxud başqa partiyanın nümayəndəsi olan namizədlərin lehinə yönəldir. Elə bu səbəbdən də təxmin etmək çətin deyil ki, populyar namizəd irəli sürməməklə hakim partiya 23-cü dairəni gözdən çıxardıb və oradan başqa bir namizədin seçilməsinə şərait yaratmaq niyyətindədir. Bu namizəd isə 1940-ci ildə anadan olmuş, ölkə üzrə namizədliyi qeydə alınmış ən yaşlı iki iddiaçıdan biri olan Ziyad Səmədzadədir. Ziyad Səmədzadənin öz namizədliyini geri götürməsinə hakimiyyəti maraqlı edən iki əsas amildən biri də məhz elə bu, yəni onun həddən artıq yaşlanmasıdır. Digər səbəb isə odur ki, qocaman deputat parlamentin İqtisadi siyasət, sənaye və sahibkarləq komitəsinin sədri olub və buna görə də, Prezidentin iqtisadi və sosial blokda elan etdiyi islahatlarla parlamentin ayaqlaşa bilməməsinin məsuliyyətini birbaşa daşıyan şəxslərdən biridir. Azərbaycan prezidenti bu blok üzrə islahatları uğurla həyata keçirmək üçün Mikayıl Cabbarov, Sahil Babayev kimi gənc kadrlara yüksək vəzifələr verdiyi halda, parlamentin “iqtisadçılar komandası”nda 80 yaşlı bir şəxsin təmsil olunması hakimiyyət üçün maraqlı olmayacağından, onun yenidən seçilib-seçilməməsi iqtidar üçün heç də prinsipial məsələ deyil.
Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhərində mövcud olan 29 dairədən iyirmisində köhnə deputatlar yenidən namizəddir, lakin onların mütləq əksəriyyətinin qarşısında hakimiyyətin qələbəsinə şərait yarada biləcəyi və bununla islahatlar dalğasında keçirilən seçkilər nəticəsində parlamenti müsbət reputasiyaya qovuşdura biləcəyi münasib namizədlər yoxdur. Lakin bu baxımdan da 23 saylı dairədə vəziyyət xeyli fərqlidir. YAP-ın rəsmi namizədindən və Ziyad Səmədzadədən başqa, həmin dairədə 9 iddiaçı qeydə alınıb. Nisbətən önə çıxan namizədlərdən biri məşhur bloqqer Ata Abdullayev, digəri isə DSK-nın rəsmi məlumatına görə, ali təhsili olmayan, orta ixtisaslı mühasib Zaur Darabzadədir. Zaur Darabzadə Ziyad Səmədzadənin geri çəkiləcəyi təqdirdə bəlkə də hakimiyyətin üzərində dayanacağı namizəd ola bilərdi, lakin onun Azərbaycanda tətbiq olunan test sistemindən keçəcək savada malik olmaması və Təhsil nazirliyinin tanıdığı bir diploma belə sahib olmaması belə bir ehtimalı mümkünsüz edir.

23 saylı dairədə qeydə alınmış başqa bir namizəd isə tanınmış jurnalist, Azərbaycan prezidenti İlham Əliyevin ictimai rəy qarşısında fəal və ardıcıl müdafiəçilərindən olan, hakimiyyət üçün həssas məqamda qətiyyətli mövqe bildirməkdən çəkinməmiş, buna görə də radikal müxalifətin çoxsaylı zərbələrinə məruz qalmış Taleh Şahsuvarovdur. Taleh Şahsuvarov hətta opponentlərinin də etiraf etdiyi səviyyədə dərin intellektə sahibdir, öz yüksək siyasi hazırlığına görə fərqlənir. Hakimiyyət siyasi texnoloqlarının ona “yaşıl işıq” yandırması həm də ictimaiyyət nümayəndələri üçün stimul ola bilər. Belə ki, Taleh Şahsuvarovun mandat qazanması hakimiyyətin birmənalı mövqe bildirən şəxslərə etimad göstərməsini nümayiş etdirəcək ki, bu da ictimai rəy qarşısında hakimiyyətə əlavə dvident qazandıracaq. Bundan əlavə, Taleh Şahsuvarov “İslahatlar mərkəzdən başlayır” şüarı ilə kampaniya aparır və həmin kampaniyanın nəticələri gözlə görüləcək qədər yüksəkdir. Həmin dairədən prezidentin elan etdiyi “savadlı, müasir, vətənpərvər” kadr kriteriyalarına tam uyğun gələn Taleh Şahsuvarovun yox, qocaman deputat Ziyad Səmədzadənin yenidən seçilməsi isə o deməkdir ki, Bakının ən müasir və mərkəzi hissəsi olan Nəsimi və Səbail rayonlarının sakinləri “protest elektoratı” hesab oluna bilər. Paytaxtın intellektual səviyyəsi yetərincə yüksək olan bir dairəsi haqqında isə belə bir rəy yaratmaq hakimiyyətin siyasi texnoloqları üçün heç də arzulanan hal sayıla bilməz.
E. KAMAL
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək