15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Qorbaçovun köməkçisi: "Bakıya qoşun yeridilməsi ilə bağlı qərar çox çətinliklə verilmişdi"
Tarix: 20-01-2020 20:27 | Bölmə: Siyasət

Rusiyanın tanınmış siyasətçisi, yazıçı-publisist, 1990-cı ildə SSRİ-nin rəhbəri Mixial Qorbaçovun humanitar və ictimai məsələlər üzrə köməkçisi olmuş Georgi Pryaxinin APA-ya müsahibə verib.
Reyting.az həmin müsahibəni oxucularına təqdim edir:
Qeyd: Georgi Vladimiroviç Pryaxin. Rusiyanın tanınmış siyasətçisi, yazıçı-publisisti və naşiridir. SSRİ Dövlət Teleradiosunun baş direktorunun müavini, 1988-90-cı illərdə Mərkəzi Komitənin şöbə müdirinin müavini, daha sonra isə SSRİ-nin rəhbəri Qorbaçovun köməkçisi vəzifəsində çalışıb. Hazırda “Xudojestvennaya literatura” nəşriyyatına rəhbərlik edir.
– Georgi Vladimiroviç, bu il SSRİ rəhbərliyinin Bakıda törətdiyi, bəşəriyyətə ləkə olan 20 yanvar faciəsindən 30 il keçir. Siz həmin dövrdə Mərkəzi Komitədə mühüm vəzifələrdən birini tutmusunuz, Qorbaçovun daim təmasda olduğu insanlardan olmusunuz. Necə xatırlayırsınız həmin günləri?
– Bakıya qoşun yeridilməsi ilə bağlı qərar çox çətinliklə verilmişdi. Çünki bu, çox ağrılı qərar idi. Bu qərar verilmədən öncə Qorbaçov ətrafından Bakıdakı vəziyyəti öyrənmək üçün ən liberal olan Yevgeni Primakovu seçmişdi. Primakov o zamanlar siyasi ulduz idi. Qorbaçovun onu seçməkdə məqsədi vardı. Çünki Primakov Bakıda böyümüşdü. Azərbaycanı yaxşı tanıyırdı. Azərbaycanda da Primakovu yaxşı tanıyırdılar. O, Bakıda olanda mən daim onunla təmasda idim. Tez-tez telefonla danışırdıq. Bilirsiniz, SSRİ rəhbərliyi Bakıya qoşun yeridəndə bunun qırğınlarla nəticələnəcəyini yaxşı bilirdi. Çünki qoşun yeridilməsinin nəticəsi başqa cür ola da bilməzdi. Qoşun yeridilməsi haqqında qərarı çox gizli saxlayırdılar. Amma mən bu gizliliyi pozmuşdum. Çünki Bakıda yaxın dostum, o zaman Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri Arif Mansurov yaşayırdı. Yanvarın 19-da ona zəng elədim, dedim ki, bu gecə nə özü, nə də ailə üzvləri çölə çıxmasın, evdə otursunlar. Səbəbini açıqlaya bilməyəcəyimi Arif Mansurova dedim. Ona zəng edəndə Bakıya qoşun yeridilməsinə saatlar qalmışdı. Lakin Arif mənim dediklərimin əksini etmişdi. Oğlunu da götürüb əlində videokamera şəhərə çıxmışdı. Baş verən hadisələri, SSRİ hərbçilərinin görüntülərini kameraya çəkmişdilər.
Mən bütün bu proseslərin canlı şahidi olmuşam. Bakıya qoşun yeridilməsi haqqında qərar birdən verilməmişdi. Bəzən Qorbaçovun bu qərarı verməsi haqqında danışarkən onun ətrafında olan erməniləri göstərirlər. Bəli, həmin dövrdə Qorbaçovun ətrafında Georgi Şahnazarov vardı. Təəssüflər olsun ki, həmin dövrdə artıq SSRİ ərazisində milli zəmində münaqişələr baş qaldırmışdı. Lakin Moskva böyük enerji resursları olan Azərbaycanı itirmək istəmirdi. O vaxtkı SSRİ rəhbərliyinin ən böyük səhvlərindən biri, məhz Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması idi. Mən Heydər Əliyevi çox yaxından tanıyırdım. Qorbaçov Heydər Əliyevi istefaya göndərməklə böyük səhvə yol vermişdi. Bunu sonrakı hadisələr də göstərmiş oldu.
– Mərkəzi Komitədə, SSRİ rəhbərliyinin yuxarı eşelonunda Ermənistanla Azərbaycan arasında qızışdırılan milli zəmində münaqişəyə münasibət necə idi? Hansı tərəfi daha çox günahlandırırdılar?
– Mən Azərbaycanla Ermənistan arasında münaqişənin başlanmasının ilk şahidlərindənəm. Yadımdadır, dekabrın 8-də səhər Spitakda zəlzələ ilə bağlı Ermənistana getmişdim. İlk gülləni Ermənistan tərəfinin atması… Yadımdadır, azərbaycanlı gənc qızı güllələmişdilər. Bunu hamı bilirdi. Bu hadisə SSRİ rəhbərliyinə də məlum idi.
Bakıya qoşun yeridilməsi haqqında qərar SSRİ rəhbərliyinin ən yuxarılarında verilmişdi və bu qərar kollegial şəkildə qəbul olunmuşdu. Həmin vaxt mən “Staraya Ploşad”da (Kremlin Administrasiyası, Mərkəzi Komitənin yerləşdiyi məkan – F.Ə.) idim. Bütün gecəni işdə oldum. Həmin gecə mənim üçün bütün mənalarda çox ağrılı idi. Çünki günahsız insanların qurban veriləcəyinə əmindim. Onların arasında Bakıdakı dostlarım da ola bilərdi.
– Bakıda törədilən faciə ilə bağlı Moskvada SSRİ tarixində ən böyük etiraz aksiyası keçirildi. Mərkəzi Komitənin azərbaycanlıların mitinqinə reaksiyası necə oldu?
– Ayın 20-də artıq səhər saatlarında Moskvadakı Azərbaycan icması 10 minlərlə insanı küçəyə çıxarmışdı. Bu Sovetlər dövründə Moskvada keçirilən ilk və insan sayına görə ən böyük etiraz mitinqi idi. Mərkəzi Komitənin binası önündə minlərlə insan… Bu, görünməmiş bir hadisə idi. Etirazçı azərbaycanlıların önünə mən və Mərkəzi Komitənin təşkilat şöbəsinin müdirinin müavini Vladimir Babiç çıxdıq. Vladimir Stepanoviç artıq həyatda yoxdur. Etirazçı kütlə çox həyəcanlı idi. Açığını deyim, biz də qorxmuşduq. Onların içərisində bir nəfər tanışımı gördüm. Bu, Azərbaycan Dövlət Televiziya və Radiosunun Moskvadakı müxbiri Abuzər Bağırov idi. Abuzəri mən SSRİ Dövlət Teleradiosunun sədr müavini olduğum zamandan tanıyırdım. Onu görəndən sonra bir az sakitləşdim. Etirazçılar özlərini çox mədəni aparırdılar. Bu zaman əmin oldum ki, SSRİ rəhbərliyinin insanların beyninə doldurduğu xalqlar dostluğu məfhumu xəyaldan başqa bir şey deyil. Mən daha çox xalqların fərdlərinin ayrı-ayrılıqda dostluğuna inanıram. Mitinq iştirakçılarından hazırladıqları petisiyanı qəbul etdik və həmin petisiyanı Mixail Qorbaçova verdik.
Həmin gün Qorbaçov mənə zəng də eləmişdi. Məndən azərbaycanlıların Moskvadakı mitinqlərində neçə nəfərin iştirak etdiyini soruşdu. Ona 100 minə yaxın azərbaycanlının küçəyə çıxması haqqında məlumat vermişdilər. 100 min də olmasa da, 40 minə yaxın azərbaycanlı Moskva küçələrində etiraz edirdi. Bu, Moskvadakı azərbaycanlı ziyalıların mitinqi idi. Ona görə də mitinq zamanı heç bir qanunsuzluğa yol verilməmişdi. Sakit etiraz aksiyası idi. İndi etiraz aksiyası heç kəsdə təəccüb doğurmur. Lakin bu, həmin zaman üçün çox nadir hal və Moskva üçün “yenilik” idi.
– Moskvadakı Azərbaycan icmasının etiraz mitinqinə və petisiyaya Qorbaçovun münasibəti necə oldu?
– Təbii ki, bu Qorbaçov bunu ağrılı qarşıladı. Lakin o, bu faciənin mənasını və nə ilə nəticələnəcəyini anlayırdı. Çünki onun rəhbərliyi ilə siyasi büronun qəbul etdiyi qərarın bütün məsuliyyətini özü daşıyırdı. Onun icazəsi olmadan bu hadisələr baş verə bilməzdi. Bakıya ciddi hərbi kontingent yeridilmişdi.
Heç bir imperiya əbədi deyil. Hər bir imperiyanın sonu olduğu kimi, Sovetlər İttifaqı imperiyasının da sonu oldu. 20 yanvar faciəsi isə SSRİ imperiyasının sonunu yaxınlaşdıran hadisələrdən biri idi. Məsələ ondadır ki, imperiyasının dağılması prosesində insan itkisinin qarşısını almaq mümkün idi. Lakin bunun üçün ölkənin iqtisadi gücü və rəhbərliyin istedadı olmalı idi. Təəssüf ki, bunların heç biri SSRİ-də yox idi.
– Siz o vaxt Qorbaçovun ən yaxınında olmuş adamlardan birisiniz. Sizcə, bu faciənin qarşısını almaq olardımı? SSRİ rəhbərliyinin bunun üçün imkanı vardımı?
– Hesab edirəm ki, Bakıya qoşun yeritməyə gərək yox idi. Danışıqlar üçün böyük bir qrupla Azərbaycana getmək lazımıydı. Bu qrupa nüfuzlu bir azərbaycanlı rəhbərlik etməlidiydi, bu nüfuzlu şəxs isə Heydər Əliyev idi. Qorbaçov həmin vaxt Bakıya Heydər Əliyevi danışıqlar üçün göndərməliydi. O bu faciənin qarşısını Heydər Əliyevi Bakıya göndərməklə ala bilərdi. Təəssüf ki, bu addımı atmadı. Nəticəsi də göz qabağındadır.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək