15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Aralıq dənizində yeni “Soyuq savaş”: Türkiyənin fəaliyyəti qanunsuzdurmu?
Tarix: 28-12-2019 19:59 | Bölmə: Siyasət

Şərqi Aralıq dənizində qaz ehtiyatları kəşf edildikdən sonra sahil dövlətləri dərhal öz iqtisadiyyatlarını mümkün qədər inkişaf etdirmək üçün bu nəhəng fürsətdən istifadə etməyə başladılar.
Amerika Birləşmiş Ştatları Geoloji Xidmətinin həmin ərazidə təxminən 3,45 trilyon kubmetr olan qaz ehtiyatları barədə fərziyyələrini nəzərə alsaq, onların həyəcanını başa düşmək mümkündür.
Çünki bu zəngin ehtiyatlar nəinki beş-altı yüz il qaz təminatı üçün kifayətdir, həm bu dövlətlərin milyardlarla dollar xərc qarşılığında digər dövlətlərdən qaz alışını dayandırır, həm də onları dünya ticarətində qaz tədarükçüsünə çevirir.
Bu səbəbdən də, bu ölkələr Şərqi Aralıq dənizindəki qaz ehtiyatlarını araşdırmağa başladılar. Onların əksəriyyəti uğur qazandı: İsrail 900 milyard kubmetr qaz ehtiyatı təşkil edən Leviathan və Tamar, Cənubi Kipr Respublikası 320 milyard qaz ehtiyatı təşkil edən Afrodita və Kalypso, Misir isə 800 milyard kubmetr qaz təşkil edən Zohr qaz yatağını kəşf etdi. Ancaq yuxarıda göstərilən üç ölkədən fərqli olaraq Türkiyə qazı bol olan bir yataq tapa bilmədi.
Digər tərəfdən, əksər sahil dövlətləri tədqiqatlarını Aralıq dənizinin uc nöqtələrinə qədər uzatmaq istəyirdilər. Buna görə də, onlar öz Xüsusi İqtisadi Zonalarını (XİZ) genişləndirməyi hədəf seçdilər.
Türkiyə XİN məsələ ilə əlaqədar Yunanıstanı, Cənubi Kipr Respublikasını və Avropa Birliyini Şərqi Aralıqda öz siyasətləri haqqında narahat edən iki əhəmiyyətli addım atdı. İlk olaraq, Türkiyə xaricində qanuni olaraq tanınmayan Şimali Kipr Türk Respublikası (ŞKTR) Türkiyənin himayəsində öz XİZ-ini Kipr adası sahillərində elan etdi.
İkincisi, İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və beynəlxalq şəkildə tanınan Liviya hökuməti başçısı Fayiz əs-Sərrac 27 noyabr 2019-cu il tarixdə “Şərqi Aralıq Dənizi Sahələrinin Razılaşdırılması” haqqında memorandum imzaladılar. Bu memorandumun Aralıq dənizi sularında qaz siyasətinə əhəmiyyətli dərəcədə təsiri var. Bu səbəbdən memorandumu “oyundəyişdirici” də adlanırmaq olar.
İstanbulda memorandum imzalandıqdan sonra Yunanıstan bu bəyannamədən çox narahat olmağa başladı. Yunan hökumətinin Liviya səfirinə Yunanıstan sərhədini tərk etməsi haqqındakı gözlənilməz əmri isə Yunanıstanın bu memorandum ilə əlaqədar nə dərəcədə narahat olduğunu göstərir.
Cənubi Kipr Respublikası, Avropa Birliyi, ABŞ, Misir və İsrail də bu memoranduma qarşı çıxdılar. Bundan əlavə, yuxarıda adı çəkilən ölkələrin əksəriyyəti bu memorandumu qanunsuz hesab etdilər.
Beləliklə, iki vacib sual meydana gəlir. Türkiyənin fəaliyyəti hansı səbəblərə görə digər sahil dövlətləri üçün qəbulolunmazdır? Türkiyənin fəaliyyəti qanunsuzdurmu?

Şəkil 1. Cənubi Kipr Respublikasının 13 sahəlik qaz ərazisi və Şimali Kipr Türk Respublikasının (ŞKTR) tələb olunan XİZ-i yuxarıda göstərilməkdədir.
İlk olaraq, “Şəkil 1” də göstərildiyi kimi, ŞKTR-nın iddia etdiyi XİZ 8 sahəsində Cənubi Kipr Respublikasının 13 sahədən ibarət olan XİZ-i ilə üst-üstə düşməkdədir. Beləliklə, Cənubi Kipr Respublikası və onun müttəfiqləri ŞKTR-nın tələb edilmiş XİZ-ini qanuna zidd fəaliyyət olaraq dəyərləndirir.
İkincisi, ŞKTR Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmadığı üçün ŞKTR-nın tələb edilmiş XİZ-i də bu ölkələrin görüşlərinə görə qanunları çeynəməkdədir. Son olaraq, ŞKTR Cənubi Kipr Respublikasının XİZ-i ilə üst-üstə düşən tələb olunmuş ərazilərində Türkiyənin qaz araşdırmaları aparmasına da icazə verib. Buna görə, bu hərəkət beynəlxalq hüququn pozulması və Cənubi Kiprin suverenliyinə etinasızlıq hesab edildi. Ancaq ŞKTR-nın tələb etdiyi XİZ-in qanunsuz olduğu iddiaları iki vacib səbəbə görə doğru deyildir.
Əvvəla, ŞKTR-nın iddia etdiyi XİZ ilə razılaşmamaq, Kipr adasında Türk millətinin varlığına etinasızlıq etmək mənasına gəlir. Müqavilələr hüququ haqqında Vyana Konvensiyasına görə Cənubi Kipr Respublikası Şimali Kiprdə olan türklərin varlığına etinasız yanaşa və onların adından birtərəfli qanunlar qəbul edə bilməz. Bundan başqa, Aralıq dənizi sahilində yerləşməyən və ya Şərqi Aralıq dənizinə Türkiyə qədər yaxın olmayan ölkələr Cənubi Kipr Respublikası ilə əməkdaşlıq nəticəsində sahədəki qaz ehtiyatlarından yararlana bilir. İtaliyanın “Eni”, Fransanın “Total”, ABŞ-ın “ExxonMobil”, Cənubi Koreyanın “KOGAS”, İsrailin “Delek” və Qətərin “QP” şirkətləri Cənubi Kipr Respublikasının XİZ-indəki 13 sahənin bəzi bölgələrində qaz ehtiyatlarını istifadə edirlər. Məntiqi olaraq, Şərqi Aralıq ilə heç bir əlaqəsi olmayan dövlətlər bu ərazidən yararlana bilirsə, Türkiyənin və Şimali Kiprin qaz araşdırmalarının və qazma fəaliyyətinin qarşısını almağa çalışmaq mənasızdır.

Şəkil 2. 27 Noyabr 2019-cu ildə Liviya ilə imzalanmış memorandumun xəritəsi. Xəritə Türkiyənin yeni XİZ-ini göstərir.
İkinci mübahisə, Yunanıstan və bu bölgədəki qaz ehtiyatlarından yararlanmağa çalışan bir çox dövlətin memorandumu qanunsuz saymasıdır. Bu dövlətlərə görə Türkiyə sərhədlərini Krit sahillərinə qədər genişləndirərək bu böyük Yunan adasının varlığını və Liviya ilə Türkiyə arasındakı Yunan XİZ-ına etinasızlıq edir. Onlar, bu fəaliyyətin Türkiyənin iqtisadi və stratejik təsirini artırmaq üçün edildiyini və bunun bölgədə gərəksiz bir anlaşmazlıq yaratdığını müdafiə edirlər. Ancaq Türkiyənin yeni XİZ-nin qanunsuz şəkildə müəyyən etdiyini iddia edərək Yunanıstan və onun müttəfiqləri beynəlxalq hüquqdan vacib gerçəklərə məhəl qoymurlar.
Beynəlxalq hüquqa görə adanın ərazi suları əsas quru bölgənin, yaxud materikin əsas bir parçasının ərazi suları ilə üst-üstə düşərsə, bütün haqlar quru bölgəyə aiddir. Bu səbəbdən, ərazi sularını ada üzərindən genişləndirmək, onu əsas quru parçası üzərindən genişlətmək qədər yararlı deyildir.
İkincisi, TRT-nin canlı proqramında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin beynəlxalq hüquqa uyğun olaraq sərhədlərini əsas quru parçası üzərindən genişləndirdiyinə görə Yunanıstanın bu vəziyyətdən şikayət etməli olmadığını deyib.
Üçüncüsü, Türkiyənin XİZ-in genişləndirilməsi BMT-nin Dəniz Hüquqları haqqında Konvensiyasına da uyğundur. Özəlliklə, konvensiyanın V bölümündə yer alan 55-59-cu maddələr, Türkiyənin XİZ-ini genişlətməkdə heç bir hüquqi xətasının olmamasını göstərir. Məsələn, 57-ci maddədə bildirilir ki, XİZ regional dənizin eninin ölçüldüyü təməldən 200 dəniz milini keçməyəcəkdir. Türkiyənin MEB genişləndirilməsinin 200 dəniz milindən az olması razılaşmanın qanuni olması ilə əlaqədar başqa açıq dəlil ola bilər.
Ən əhəmiyyətlisi, Yunanıstan təktərəfli olaraq XİZ-in Türkiyənin öz XİZ-i olaraq elan etdiyi sahələrə genişləndirmək istəyir. Amma XİZ mütləq bir şəkildə digər dövlətlərlə əldə olunan razılaşmalar əsasında uzadılmalıdır. Türkiyə isə təktərəfli olmayaraq, Liviyanın haqlarını da zəmanət altına alan razılaşma sayəsində öz XİZ-ini genişləndirib.
Memorandumun digər mübahisəli tərəfi nə XİZ-in genişləndirilməsi, nə də qaz ehtiyatlarının istifadəsi ilə bağlıdır.
Bilindiyi kimi, Liviyada iki hökumət var: Tripoli mərkəzli və Beynəlxalq Millətlər tərəfindən tanınan Milli Razılaşma Hökuməti (MRH) və Xəlifə Haftarın liderliyi altındakı Tobruk mərkəzli və Benəlxalq Millətlər tərəfindən tanınmayan Liviya Milli Ordusu (LMO). MRH-nin beynəlxalq olaraq tanınmasına və Birləşmiş Millətlər dəstəkli hökumət olmasına rəğmən, Misir, BƏƏ və Rusiya kimi dövlətlər LMO-nu dəstəkləyirlər. Liviya ilə imzalanmış memorandum Liviya ilə yeni dəniz sərhədi yaratdığına görə, Türkiyənin hərbi birlikləri ilə MRH-nə dəstək olma ehtimalı çox yüksəkdir. Hətta prezident Ərdoğan MRH-nin edəcəyi hər hansı bir təklifdə Türkiyənin MRH-ni dəstəkləmək üçün Liviyaya əsgər göndərməyə hazır olduğunu söyləyib. Bu fəaliyyət Şərqi Aralıq ərazisində böyük bir savaşın qığılcımı ola bilər və Türkiyənin Rusiya, BƏƏ və Misir ilə əlaqələrinə mənfi təsir göstərər.
Yanvar ayının 2-də isə bu böyük ehtimal, Türkiyə Böyük Millət Məclisinin Türkiyə ordusunun Liviyaya qoşun göndərməsini qəbul etməsi ilə birlikdə gerçəkləşib. Liviya Milli Ordusu isə nəticədə Liviya xalqını Türkiyə ordusuna qarşı silahlanmağa çağırıb.
Son olaraq, bu yeni "Soyuq müharibə" də Türkiyənin fəaliyyətləri ilə Aralıq dənizindəki bir çox sahil ölkələr üçün uyğun deyil. Şərq Aralıq ilə heç bir əlaqəsi olmayan dövlətlər belə, bu bölgədəki qaz qaynaqlarından faydalanmağa çalışır və haqlı iddiaları olmadan Türkiyənin qazma fəaliyyətlərini və araşdırmalarını məhdudlaşdırmaq istəyirlər. Cənubi Kipr Respublikası, Yunanıstan və müttəfiqləri Şərqi Aralıqdakı qaz qaynaqlarından mümkün qədər faydalanmaq istədiklərindən, bu dövlətlərin Türkiyənin hər fəaliyyətini "qeyri-qanuni" olaraq dəyərləndirməsi təəccüblü deyil. Türkiyə qazın 99 faizini yurd xaricindən satın aldığından, qaz qaynaqlarından faydalanmaq Türkiyə üçün son dərəcə əhəmiyyətlidir. Türkiyənin ən çox ehtiyac duyduğu maddənin sahillərinə yaxın ərazilərdə son dərəcə bol olması onun üçün çox böyük bir şansdır. Türkiyə şübhəsiz, bu şansdan istifadə etməyə davam edəcək, digər ölkələrin dəniz sərhədlərini qeyri-qanuni bir şəkildə genişləndirmələrinə icazə verməyəcək və digər dövlətlərin təzyiqləri səbəbiylə geri addım atmayacaq. Nəticədə, Türkiyənin fəaliyyətinin beynəlxalq hüquqa söykəndiyi və qonşularının varlığını gözardı etmədiyi bir çox səbəblə göstərilib.
Hüseyn ƏLİLİ
Mənbələr:
1) https://www.aa.com.tr/en/africa/analysis-strategic-legal-aspects-of-turkey-libya-deal/1673079
2) https://www.un.org/depts/los/convention_agreements/texts/unclos/unclos_e.pdf
3) https://legal.un.org/ilc/texts/instruments/english/conventions/1_1_1969.pdf
4) https://www.euractiv.com/section/energy/opinion/turkey-libya-mediterranean-deal-is-about-energy-and-extending-ankaras-influence/
5) https://www.washingtonpost.com/business/eu-leaders-set-to-reject-turkey-libya-maritime-border-deal/2019/12/12/039bd38c-1cee-11ea-977a-15a6710ed6da_story.html
6) https://www.ft.com/content/203f4b66-1854-11ea-9ee4-11f260415385
7) https://www.youtube.com/watch?v=kGiP1lm-5qQ&t=102s
https://www.youtube.com/watch?v=DL99XYg8cc8&t=755s
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək