15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
BQP: “İşğal reallığını dəyişə bilərik”
Tarix: 23-11-2019 19:52 | Bölmə: Siyasət

Bu gün, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafanın sədrliyi ilə partiyanın Siyasi Qurulunun növbəti iclası keçirilib. İclasda, qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, partiyanın bələdiyyə seçkilərində iştirakı vəziyyəti və digər məsələlər müzakirə edilib. Partiya başqanı ictimai-siyasi vəziyyətlə bağlı çıxış edib, Siyasi Qurul üzvlərini maraqlandıran sualları cavablandırıb.
Reyting.az-ın məlumatına görə, iclasda BQP-nin bələdiyyə seçkilərində iştirakı müzakirə edilib, kampaniyanın başa çatmış mərhələsində ayrı-ayrı rayon və şəhər təşkilatlarının işləri qiymətləndirilib və partiyanın ümumilikdə bu sahədəki fəaliyyəti qənatəbəxş hesab edilib.
Bununla yanaşı siyasi partiyaların, siyasi partiya bloklarının, öz təşəbbüsləri ilə iştirak edən vətəndaşların seçkilərdə iştirakını asanlaşdırmaq üçün Azərbaycan Respublikası Seçki Məcəlləsində mövcud olan bəzi tələblərin dəyişdirilməsinin məqsəduyğunluğu vurğulanıb: “Mərkəzi Seçki Komissiyasına təqdim edilən seçki sənədləri əsasında dövlət qeydiyyatına alınan və rəsmi fəaliyyətinə icazə verilən müvafiq siyasi partiyalar seçkiyə buraxılırsa, aşağı seçki orqanlarına da həmin sənədlərin təqdim edilməsinə ehtiyac qalmamalıdır. Siyasi partiyanın Nizamnaməsi və dövlət qeydiyyatına alınmasına dair Şəhadətnamənin notarusuda təsdiq edilmiş surətləri, səlahiyyətli nümayəndələrin, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahıları, onlara aid təsdiq edilən vəkalətnamələr və s. MSK-ya təqdim edilir. Adı çəkilən qurum öz iclasında həmin sənədləri müzakirə edir, qərarı ilə müvafiq partiya seçkiyə buraxılır və bununla bağlı məlumatlar da qəzetlərdə və digər KİV-lərdə yayımlanır. Buna baxmayaraq, aşağı seçki orqanlarına da həmin sənədlərin təqdim edilməsi məcburiyyəti saxlanılır. Namizədlərin irəli sürülməsi ilə bağlı siyasi partiyaların ali seçkili orqanlarının həm protokolu, həm də qərarı tələb olunur. Halbuki, bunlardan birinin təqdim edilməsi yetərli sayıla bilər. Şəhadətnamə və Nizamnamənin notariusda təsdiq edilən surətləri yuxarı seçki orqanı - MSK ilə bərabər aşağı seçki orqanalarına - DSK-lara da təqdim edilməsi tələbi saxlanılır ki, bu da həm artıq, həm də partiyaların maliyyə baxımından yüklənməsinə də səbəb olan tələbdir. Bu sənədlərin bir nüsxəsinin dövlət notariat orqanlarında təsdiqi vərəqlərin sayından asılı olaraq 21-27 manat arasında dəyişərsə, 125 seçki dairəsinin hər birində namizədlə iştirak edən siyasi partiyalara kifayət qədər böyük məbləğin lazım olduğunu təxmin etmək çətin deyil. Yaxşı olar ki, ölkənin ictimai-siyasi həyatında hiss edilən dəyişim və müsbət tendeniyalar bu sahəyə də sirayət etsin və Seçki Məcəlləsində siyasi partiyaların seçki prosesində iştirakını ağırlaşdıran amilləri aradan qaldırmaqla onların seçkidə aktiv iştirakını təmin edilməsi üçün daha optimal şərait yaradılsın”.
İclasda bələdiyyələrin səlahiyyətlərinin azlığına da diqqət çəkilib: “Azərbaycanda bələdiyyələrin statusu o qədər yetərsizdir ki, şəhər bələdiyyələrindən bəzilərini çıxmaq şərtilə rayon və kənd bələdiyyələrinə namizədlərin irəli sürülməsində rəqabət mühiti belə yaşanmır. Bu hər şeydən əvvəl bələdiyyələrin real özünüidarə orqanlarına, canlı quruma çevrilməməsi ilə bağlıdır. Qabaqcıl ölkələrdə olduğu kimi bələdiyyələrin kifayət qədər nüfuzlu idarəetmə orqanlarına çevrilməsi, dövlətdən dotasiya alan qurumlar olmaqdan xilas olması üçün onun statusu, pul qazanma imkanları artırılmalıdır. Bunun üçün icra hakimiyyəti institutunun geniş səlahiyyətlərinin bir qismi yerli problemləri daha yaxından bilən və əhaliyə ən yaxın olan qurum kimi bələdiyyələrə verilməlidir. Çünki, bələdiyyələr əhali tərəfindən birbaşa seçilən və hesabatlılığın tələb edilməsi mümkün olan qurumlardır”.
BQP Siyasi Qurulu Dağlıq Qarabağ problemini daim diqqətdə saxlamaq ənənəsinə bu dəfə də sadiq qalaraq, münaqişənin həllində tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş hər üç həmsdər ölkənin açıq-aşkar ermənipərəst mövqe sərgiləməsinə kəskin münasibət bildirib: “Dağlıq Qarabağ probleminin həllində hər üç həmsədr ölkənin maraqlı olması aşkardır. Lakin bu maraq məsələnin ədalətli həllinə deyil, Qarabağ məsələsinin ermənilərin maraqlarına uyğun həll edilməsinə yönəlib. Praktiki olaraq, ATƏT-in Minsk qrupu da bu marağı təmin etmək üçün fəaliyyət(sizlik) göstərəkdədir. Bizim bu maraqları alt-üst etməmiz üçün bir neçə faktorun xüsusi önəmi vardır: Xarici güclərə bağlı ünsürlərdən təmizlənmiş güclü ordu, çevik xarici siyasət və Qarabağ məsələsinin müzakirəsindən uzaq tutulmuş milli ideologiya ilə silahlanan xalqı bu müzakirələrin içinə qaytarmaq. Bu komponentlərdə sinxronluq təmin edilərsə, bunlar bir araya gətirilərsə, işğal reallığını dəyişə bilərik".
Sonda iclas cari məsələlərin müzakirəsi ilə öz işini yekunlaşırıb.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək