15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Siyasi ambisiya üçün ana ruhuna həqarət... - Fotolar
Tarix: 15-10-2019 22:30 | Bölmə: Siyasət

Siyasi mübarizədə yalan məlumat, dezinformasiya və ya müasir terminologiya ilə desək, feyk xəbərlərin yayılması halları ilə, təəssüf ki, tez-tez rastlaşırıq. Özü də müasir texnologiyalar sayəsində bu sahədə “çalışanlar” o qədər “peşəkarlaşıblar” ki, bəzən, nəyin doğru, nəyin feyk olduğunu müəyyən etmək üçün uzun-uzadı təhqiqat aparmalı olursan. Amma artıq bir ildir sosial mediada dolaşan, absurdluğu ilə seçilən və bütün mənəvi baryerləri aşan bir xəbər var ki, öz sinizmi ilə başqa yalanları kölgədə qoyur. Söhbət Emin və Mehman Hüseynov qardaşlarının neçə vaxtdır gündəmdə saxlamağa çalışdıqları və hətta xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə səsləndirdikləri hadisədən – anaları, mərhum Firəngiz Hüseynovanın ölümü ətrafında yaratdıqları söz-söhbətdən gedir.
Xatırladaq ki, ötən il iyulun 15-də ürək çatışmazlığı diaqnozu ilə Neftçilər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş Firəngiz Hüseynova, təxminən 3 həftədən sonra vəfat edib. Mərhumun oğlu, hazırda Avropada yaşayan Emin Hüseynovun hadisə ilə bağlı elə ilk açıqlamalarındaca ana ölümü kimi ağrılı bir olayın ətrafında qurulmağa başlanan şounun ilkin əlamətləri görünməyə başladı. “Anam xəstə deyildi, siyasi rejim anamı xəstə etdi”,- deyən E. Hüseynov, anasının ölümünü “siyasi qətl” adlandırdı.
İlkin mərhələdə, E. Hüseynov anasının ölümünü, bir növ, “mənəvi qətl” kimi təqdim edirdi və deyirdi ki, “mənə və qardaşıma qarşı təqiblər olmasaydı, ola bilsin, anam ürək xəstəsi olub xəstəxanaya düşməzdi” deyirdi. Amma görünür, “mənəvi məsuliyyət”in istənilən rezonans yaratmadığını anlayan Hüseynov qardaşları, gözlənilmədən tam ciddi şəkildə analarının... fiziki olaraq qətlə yetirilməsindən (!) danışmağa başladılar. İştirakçıların sözlərinə görə, bu günlərdə ATƏT-in təşkilatçılığı ilə Tbilisidə keçirilən ənənəvi Cənubi Qafqaz media konfransına qatılan Mehman Hüseynovun çıxışı, hətta, təşkilatçıları da xeyli təəccübləndirib. Belə ki, M. Hüseynov açıq mətnlə anasının xəstəxanada “qətlə yetirildiyini”, bu “qətldə bir sıra məmurların əli olduğunu” iddia edərək, “qatillərin hələ də tapılıb cəzalandırılmamasından” şikayətlənib.
Hüseynov qardaşlarının üzv olduqları şəbəkənin fəaliyyətinin dezinformasiya və yalan xəbərlər üzərində qurulduğu çoxdan bəlli olduğundan, onların mütəmadi qaydada sosial mediaya atdıqları feyklər artıq heç kəsi təəccübləndirmir. Məsələn, qardaşların, xüsusilə də Emin Hüseynovun müxtəlif beynəlxalq tədbirlərdə iştirakı və çıxışları onda natamamlıq kompleksinin olduğunu aydın göstərir. Etiraf edək ki, böyük qardaşından nümunə götürən Mehman da bu dəfə bizi təəccübləndirməyi bacardı. Ucuz şou yaratmaq, heç səviyyəsiz detektivlərdə belə rast gəlinməyən “konspiroloji nəzəriyyə” qurmaq üçün insan həyatının ən ağrılı, ən faciəli hadisələrdən olan ana itkisindən istifadə etmək – bu, normal insanın anlaya və qəbul edə biləcəyi davranış deyil. Bu, yalnız səni dinləyən insanlara deyil, haqqa qovuşmuş ananın ruhuna da həqarətdir!
Amma, bu, hələ məsələnin yalnız mənəvi tərəfidir və Hüseynov qardaşlarının əxlaqından xəbər verir. Bəs məsələnin hüquqi tərəfi?
Emin və Mehman Hüseynovlar “ana qətli”ndən danışanda səsləndirdikləri yeganə arqument odur ki, Firəngiz Hüseynovanın ölümünün səbəbi haqda onlara tibbi rəy verilməyib, prokurorluq orqanları və Səhiyyə Nazirliyi məsələni araşdırmayıb və nəticədə onlarda bu cür “şübhələr” yaranıb.

Bəs, Hüseynov qardaşlarını ana ölümündən siyasi şou qurmağa vadar edən “şübhələr” üçün doğrudanmı hər hansı əsas var? Bunu ayırd etmək üçün qısa təhqiqat aparmaq qərarına gəldik. Müraciətimizin nəticəsi olaraq, Baş Prokurorluq, Səhiyyə Nazirliyinin ekspert qurumlarından və digər aidiyyəti təşkilatlardan aldığımız məlumat və sənədlər göstərir ki, F. Hüseynovanın ölümü ilə bağlı ortada, mərhumun oğullarının iddia etdiyi kimi, hansısa “məxfi” və “şübhəli” məqam yoxdur!
Emin Hüseynovun “Mehmanın həbsinədək anamın hər hansı xəstəliyi yox idi” iddiasına rəğmən, Hüseynova Firəngiz İbrahim qızının ambulator kartından görünür ki, o uzun illər ərzində hipertoniya, stabil gərginlik stenokardiyası, ürəyin işemik xəstəliyi və digər xəstəliklərlə bağlı ambulator müalicədə olub. Firəngiz İbrahimovanın ilk ambulator qeydiyyatı 14.09.1981-ci ildə olub. Bu dövr ərzində o, dəfələrlə “follikulyar angina”, “hipertoniya xəstəliyi”, “iki tərəfli kataral bronxit”, “qarının ön divarının stasionar müalicəsindən sonrakı ambulator müalicə”, “ürəyin işemik xəstəliyi”, “stabil gərginlik stenokardiyası” ilə bağlı ambulator müalicə alıb. Son qeydiyyat 16.04.2018-ci ildə olub və o, xəstəxanaya yerləşdirilib.

Mərhumun oğullarının “ölüm səbəbi gizli saxlanılır” kimi absurd iddiasına rəğmən, Suraxanı rayonu qeydiyyat şöbəsi tərəfindən 11.08.2018-ci il tarixində verilmiş ölüm haqqında şəhadətnamədə F. Hüseynovanın ölüm səbəbi açıq şəkildə göstərilib – “ürəyin xroniki işemik xəstəliyi”.
Hüseynov qardaşlarının “şübhələri” ilə bağlı müraciətlərinin cavabsız qalması, hüquq-mühafizə və səhiyyə orqanlarının heç bir araşdırma aparmaması haqda iddiaları da təsdiqlənməyib. Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, F. Hüseynovanın ölüm faktı ilə əlaqədar dərhal araşdırma aparılıb. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 55/MEŞ saylı, 30.08.2018-ci il tarixli rəyi ilə müəyyən olunub ki, mərhumun ölümünə səbəb ürək əzələsinin qalınlaşması, postinfarkt kardioskleroz, ürəyin işemik distrofiyası əlamətləri, koronaroskleroz və ağciyərin toxuma daxili kiçik damarlarının trombozu ilə əlaqədar baş vermiş kəskin ürək-ağçiyər çatışmazlığı olub.

Beləliklə, aparılan araşdırma zamanı F. Hüseynovanın ölümünün hər hansı bir şəxsin ictimai təhlükə əməlinin – hərəkət və ya hərəkətsizliyin nəticəsi olması müəyyən edilməyib. Təbii ki, cinayət tərkibi olmadığına görə, prokurorluq orqanları cinayət işinin başlanmasına əsas görməyiblər.
Xüsusi ilə qeyd etmək lazımdır ki, bu haqda yekun rəy sentyabrın 3-də - mərhumun ölümündən cəmi 27 gün sonra verilib. Yəni, prokurorluq orqanlarının “aylarla məsələni araşdırmaması” haqda deyilənlər açıq yalandan başqa bir şey deyil.
Nəhayət, F. Hüseynovanın oğulları ictimaiyyətdə belə bir rəy formalaşdırmağa çalışırlar ki, guya xəstəxanada onu xilas etmək üçün lazımi addımlar atılmayıb, həkim səhlənkarlığı olub və s.
Bu ittihamların da əsassız olduğunu anlamaq üçün Mərkəzi Neftçilər Xəstəxanasının gündəliyinə və İntensiv müalicə və müşahidə kartına nəzər yetirmək kifayətdir. Müalicənin gedişi, həkim rəylərinin operativ şəkildə, günbəgün qeyd olunduğu bu sənədlər həkim heyətinin ünvanına səslənən iradların da ədalətsiz və qərəzli olduğunu sübut edir.

Bir sözlə, sizə təqdim etdiyimiz bu faktlar və sənədlər Emin və Mehman Hüseynovların analarının ölümü ilə bağlı müxtəlif yerli və beynəlxalq tribunalardan səsləndirdiyi ittihamların nə qədər qərəzli və uydurma olduğunu aydın şəkildə göstərir.
Görünür, siyasi ambisiyalar naminə ananın ruhuna həqarətdən belə çəkinməyən insanlar üçün doğrudan da müqəddəs heç nə qalmayıb.
Trend
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək