15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Azay Quliyev ATƏT PA-nın iclasında Qarabağdan danışıb
Tarix: 05-10-2019 23:02 | Bölmə: Siyasət

ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun Mərakeşdə keçirilən payız sessiyasında daimi Komitənin iclasında çıxış edib.
Reyting.az xəbər verir ki, Azay Quliyev çıxışında regionu narahat edən əsas məsələlərdən olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində substantiv irəliləyişin olmamasını və problemin digər aspektlərini iştirakçıların diqqətinə çatdırıb:
"Bu aspektlər Ermənistanın Baş naziri Nikol Paşinyanın təxribatçı və əsassız çıxışları ilə ölkəsinin yürütdüyü işğalçı və anneksiya siyasətinin iç üzünü açıb göstərməsi; erməni tərəfinin istifadə etdiyi "Dağlıq Qarabağ xalqı” anlayışının hüquqi və məntiqi cəhətdən reallığa aidiyyətinin olmaması; azərbaycanlı mülki şəxslərin erməni təxribatları nəticəsində qətlə yetirilməsinə ATƏT PA-nın insan hüquqları, demokratiya və humanitar məsələlər sahəsində ixtisaslaşmış 3-cü Ümumi Komitəsinin mövqe bildirməsinin əhəmiyyəti; ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təyin edilməsi prosesini sürətləndirilməsinin vacibliyi; Azərbaycanın əsir və girovların "hamının-hamıya” prinsipi əsasında mübadilənin həyata keçirilməsinə dair təşəbbüsünə Ermənistanın göz yummasıdır".
Azay Quliyev ATƏT Parlament Assambleyasının ilk dəfə olaraq ATƏT-ə üzv olmayan ölkədə keçirilməsini təşkilatın qonşu regionlarla birgə fəaliyyətə və bütün tərəfdaşları ilə qarşılıqlı dialoqun və əməkdaşlığın möhkəmlənməsinə verdiyi əhəmiyyətin bariz nümunəsi adlandırıb.
"Hazırda Moldovada Dnestryanı münaqişəsinin həlli istiqamətində, həmçinin Rusiya Federasiyası ilə Ukrayna arasındakı münasibətlərdə atılan bəzi ümidverici addımların, həm Rusiya, həm də Ukrayna tərəfdən çoxsaylı əsirlərin dəyişdirilməsinin şahidi oluruq. Ancaq təəssüf ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müsbət tendensiyaların olduğunu deyə bilmərik. Vəziyyət əksinə, gündən-günə pisləşir və Ermənistan rəhbərliyinin heç bir qanuni və ya məntiqi əsası olmayan təxribatçı açıqlamaları səbəbindən danışıqlar prosesində durğunluğun şahidi olduğumuzu deyə bilərəm.
Bir neçə həftə əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edərkən münaqişənin həlli yolundan danışdı və Dağlıq Qarabağın Ermənistanın bir hissəsi olduğunu bildirdi. Bu, nə deməkdir?
Bu suala kifayət qədər əsaslı cavab vermək lazımdır:
Birincisi, Dağlıq Qarabağın Ermənistan tərəfindən anneksiya edilməsi faktı onsuz da hər kəsə məlum olsa da, Paşinyanın açıqlaması bunu bir daha sübut etdi və bununla da Ermənistan öz anneksiya və işğalçılıq siyasətini rəsmən etiraf etmiş oldu. Bu mənə Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrında qəbul etdiyi və uzun müddət keçməmiş qanunsuz olduğuna görə rədd edilən "Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” qərarını xatırlatdı. Bütün bu faktlar bir daha göstərir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın iddia etdiyi kimi nə insan hüquqları, nə də xalqların öz müqəddəratını təyin etməsi hüququ ilə bağlı məsələ deyil – bu, haqqında artıq üç onillikdən çoxdur ki, danışdığımız açıq-aşkar anneksiya və Azərbaycan ərazilərinin işğalıdır.
İkincisi, bu bəyanat ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində göstərdikləri səylərini tamamilə heçə endirir. Belə bir halda növbəti sual yaranır: əgər Ermənistan Dağlıq Qarabağı özünün bir hissəsi qismində nəzərdən keçirirsə, danışıqlara ehtiyac qalırmı? Ermənistan münaqişəni sülh yolu ilə həll etmək istəmirsə, sülh üçün alternativ nədir? Hesab edirəm ki, cavab hər kəsə aydındır”, - deyə ATƏT PA-nın vitse-prezidenti bildirib.
ATƏT PA-nın Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsinin bürosunu bütün beynəlxalq konvensiyalarla qəti qadağan edilmiş bu qeyri-insani cinayətə dərhal reaksiya verməyə və onu qınamağa çağıran Azay Quliyev iki gün əvvəl Azərbaycan-Ermənistan sərhədində yerləşən Qazax bölgəsində Ermənistanın törətdiyi növbəti təxribatı haqqında da danışıb. Atəş nəticəsində orada yol salınması ilə məşğul olan ekskavatoru idarə etdiyi zaman mülki vətəndaş Səfərəli Abışov həlak olduğunu qeyd edən A.Quliyev deyib:
"Mən Ermənistan rəhbərliyini günahsız azərbaycanlı mülki şəxslərə qarşı edilən bu vəhşi hücumu izah etməyə və eyni zamanda ATƏT PA-nın Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsinin bürosunu bütün beynəlxalq konvensiyalarla qəti qadağan edilmiş bu qeyri-insani cinayətə dərhal reaksiya verməyə və onu qınamağa çağırıram. Bundan başqa, Ermənistanın Baş naziri hər dəfə danışıqların nəticəsinin Ermənistan xalqı, Azərbaycan xalqı və Dağlıq Qarabağ xalqı üçün qəbuledilən olmağına dair ehtiyacın mövcudluğunu bildirir. Biz "Ermənistan xalqı” və "Azərbaycan xalqı” anlayışlarını başa düşürük. Amma mən "Dağlıq Qarabağ xalqı”nın kim olduğunu bilmək istərdim. Bu cür təbliğatla məşğul olan erməni siyasətçiləri başa düşməlidirlər ki, "Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Erməni və azərbaycanlı icmalarından ibarət olan Dağlıq Qarabağ regionunun əhalisi var. Digər məsələ isə ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarını tərk etməyə məcbur edilmişlər.
Buna görə də razılaşa bilərəm ki, münaqişənin həlli yalnız ermənilər üçün deyil, həm də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hər iki icması üçün məqbul olmalıdır”.
ATƏT PA-nın vitse-prezidenti deyib ki, Ermənistan rəhbərliyinin bu cür davranışı və hərəkətləri gözlənilməz nəticələrə səbəb ola bilər: "Buna görə də Ermənistana tövsiyə edirəm ki, bölgədəki onsuz da həssas olan vəziyyəti qəlizləşdirməsin və danışıqlar prosesini pozmasın. ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinin təyin edilməsi prosesini sürətləndirməyə çağırıram”.
Azay Quliyev ATƏT PA-nın prezidenti Georgi Tseretelini danışıqlar prosesindəki mövcud durğunluğu adekvat şəkildə aradan qaldırmaq və Assambleyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllindəki rolunu artırmaq məqsədilə ATƏT PA-nın Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsinin təyin edilməsi prosesini sürətləndirməyə çağırıb.
O bildirib ki, biz də ATƏT-in Minsk Qrupu həmsədrlərinə Ermənistanı ən qısa zamanda danışıqlar masasına qaytarmağa və böyük təhlükə mənbəyi olan status-kvonu dəyişdirmək üçün substantiv danışıqlar prosesini başlamağa kömək etməliyik: "Bundan əlavə, ATƏT PA və onun bütöv ATƏT regionunda insan hüquqlarının icra olunmasına nəzarət edən Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Ümumi Komitəsi Rusiya və Ukraynanın bu yaxınlıqda həyata keçirdiyi kimi, əsirlərin dəyişdirilməsi məsələsini diqqət mərkəzinə gətirməlidir. Ermənistan yenə də beynəlxalq təcrübəyə göz yumaraq Dilqəm Əsgərov və Şahbaz Quliyevi geri qaytarmaqdan imtina edir".
ATƏT PA-nın vitse-prezidenti vurğulayıb ki, Azərbaycan "hamının-hamıya" prinsipi əsasında əsir və girovların mübadiləsinə dair təşəbbüslə çıxış edib: "Beş ildən çoxdur ki, sadəcə olaraq valideynlərinin məzarını ziyarət etmək istəmiş iki azərbaycanlı mülki şəxs – Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanın işğal olunmuş ərazilərində girov qismində saxlanılır. "Onların ailə üzvləri mənimlə bir neçə dəfə görüşüb və bu mülki şəxslərin erməni girovluğundan azad olunmasına yardım etmək üçün ATƏT PA-nı dərhal müvafiq addımlar atmağa çağırmağımı xahiş ediblər”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək