Tarix: 27-07-2016 14:40 | Bölmə: Siyasət

"Azərbaycan və Ermənistan prezidentləri təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılığa gəliblər".
APA "Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
"ATƏT-in Minsk qrupunun həmsədrləri Vyana və Sankt-Peterburq görüşlərində tərəflərin götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində aktiv çalışırlar. Prezidentlər təmas xətti və Ermənistan-Azərbaycan sərhədində ATƏT-in monitorinq qrupunun genişləndirilməsi ilə bağlı razılıq əldə ediblər. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin də iştirakı ilə münaqişənin tənzimlənməsi istiqamətində genişmiqyaslı danışıqların davam etdirilməsi planlaşdırılır. Tərəflər arasında gərginliyin azaldılması üçün diplomatiya istiqamətində irəliləyiş labüddür”– deyə, həmsədr qeyd edib.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək