Tarix: 04-07-2016 11:42 | Bölmə: Siyasət

ATƏT PA-nın Tbilisidə keçirilən yay sessiyasında Komitələrdə iş davam etdirilib.
Reyting.az-ın məlumatına görə, iyulun 3-də olduqca gərgin və işgüzar şəraitdə keçən 1-ci Komitənin iclasına azərbaycanlı millət vəkili, ATƏT PA-nın Büro üzvü, Siyasi və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev sədrlik edib.
ATƏT PA-nın rəsmi saytı oscepa.org-un yaydığı məlumatda bildirilir ki, iclasda ATƏT PA-nın Büro üzvü, Komitənin sədr müavini Azay Quliyev vida çıxışı edib:
"Cənab sədr, hörmətli həmkarlar!
Bu önəmli Komitədə mənim sədr müavini kimi tutduğum vəzifədə sonuncu iclasım olduğu üçün istərdim ki, hər birinizə səlahiyyət müddətim ərzində göstərdiyiniz dəstəyə və anlayışınıza görə səmimi minnətdarlığımı bildirim.
Sizin mənə əmanət etdiyiniz inam və etibarınızı yüksək
qiymətləndirirəm. Bu mənə ATƏT-in ümumi maraqlarının bələdçilik etdiyi güclü
örnək olmuşdur.
Sizi ATƏT və onun Parlament Assambleyasını eyni qətiyyətlə dəstəkləməkdə davam
etməyə hazır olduğuma əmin etmək istəyirəm. Mən əməkdaşlıq və dialoqa sadiq
tərəfdar olaraq qalacağam.
Bizim ortaq hədəf və məqsədlərimizdə nailiyyətlərə çatmaq istiqamətində
hamınızla işləməyi səbirsizliklə gözləyirəm.
Bir daha təşəkkür edirəm”.
Qeyd edək ki, Azay Quliyev ATƏT-in Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini vəzifəsinə ilk dəfə 2013-cü ildə İstanbul sammitində seçilmişdi. 2014-2015-ci illərdə isə bu vəzifəyə təkrar seçilib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək