15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Aslan İsmayılov Taleh Şahsuvarlı ilə debata çıxmaqdan niyə qorxur?
Tarix: 01-06-2019 16:40 | Bölmə: Siyasət

Gözlənildiyi kimi oldu. Aslan İsmayılov onu debata dəvət edən Aznews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlı ilə qarşı-qarşıya gəlməkdən boyun qaçırdı. O, bu barədə Facebook sosial şəbəkəsində özünə məxsus səhifədə xüsusi status yazıb, dolayısı ilə baş redaktorla debata çıxmaq istəmədiyini, yalnız iki yüksək ranqlı məmurla- Ədliyyə naziri Fikrət Məmmədovla, Prezidentin köməkçisi Əli Həsənovla polemika aparmaq istədiyini vurğulayıb. Lakin hər kəs başa düşür ki, bu, keçmiş vəkil Aslan İsmayılovun Taleh Şahsuvarlı ilə debatdan qaçmasından başqa bir şey deyil, o qədər də dərindən düşünülməmiş absurd fənddir.
Əvvəla, adları çəkilən hər iki şəxs Azərbaycan hakimiyyətinin ierarxiyasında kifayət qədər yüksək post tuturlar, prezident İlham Əliyevin komandasında konkret funksionallığı olan portfel sahibləridir. Aslan İsmayılov “komanda” anlayışı ilə hərəkət etmədiyindən, eyni zamanda, Taleh Şahsuvarlının israrlı debat təklifləri qarşısında düşdüyü aciz situsiyanı pərdələmək üçün ağlabatan, inandırıcı arqumentlər tapmağa çətinlik çəkdiyindən nəzərdən qaçırır ki, istər adı çəkilən, istərsə də adı çəkilməyən hər hansı yüksək ranqlı məmurların teledebata çıxması üçün iqtidarın ümumi razılığı olmalıdır. Bunu dövlət etikası, siyasi institutlaşma və ümumi ictimai maraqlar tələb edir və sözün düzü, dünyanın hər yerində qayda belədir.
Obyektivlik naminə qeyd edək ki, hakim siyasi qüvvə heç zaman siyasi müzakirələrdən qaçmayıb. ANS-in məşhur “Nəzər nöqtəsi” verilişinin yayımlandığı zamanlardan ta bugünəcən hakim partiyanın ən müxtəlif tanınmış üzvləri və fəal tərəfdarları müxalifət nümayəndələri ilə cəmiyyətin gözü önündə fikir mübadiləsi aparıblar, elə indi də aparırlar. Elə bu yaxınlarda Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun AXCP sədri Əli Kərimlinin internet televiziyalarında səsləndirdiyi fikirlərlə bağlı son dərəcə əhatəli cavab məqaləsi ilə çıxış etməsi, həmin məqalənin cəmiyyətdə geniş müzakirə olunması da hakimiyyətin polemikalardan çəkinmədiyinin isbatıdır. Azərbaycan hakimiyyətinin AXCP sədri Əli Kərimlini, Müsavat Partiyasının başqanı Arif Hacılını, ADP sədri Sərdar Cəlaloğlunu, hətta VİP sədri Əli Əliyevi opponent statusunda görməsi təbii və başadüşüləndir, axı onlar öz müxalifliklərini gizlətmir, siyasi proseslərdə hakimiyyəti dəyişmək əzmində olduqlarını açıq vurğulayır, prezident seçkilərində birbaşa və ya dolayı şəkildə dövlət başçısı İlham Əliyevə rəqib kimi iştirak edirlər. Qardaş Türkiyənin siyasi gündəminə baxsaq, orada İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri olmaq üçün yarışan namizədlərin - Binəli Yıldırım və Əkrəm İmamoğlunun debatının təşkil olunması müzakirə mövzusudur. Yıldırım və İmamoğlu arasında debatın baş tutması siyasi ənənələrə və etikaya uyğundur, onlar eyni post uğrunda mübarizə aparırlar. Bəs, Aslan İsmayılovu niyə, hansı səbəbdən Azərbaycan iqtidarı opponent olaraq qəbul etməlidir? Onun “mövcud hakimiyyətə qarşı müxalifətdəyəm”,- deməyə belə cürəti çatmır, hər hansı əks ideoloji cərəyanı təmsil etmir, alternativ siyasət platformasında qərar tutmur. Elə bu səbəbdən də onun nəinki hakimiyyət təmsilçilərini, hətta müxalifət partiyalarının sədr və funksionerlərini debata çağırması patoloji kompleks səciyyəsi daşıyır.
Əslində, Aslan İsmaylıovla debata çıxmaq heç Taleh Şahsuvarlının da sosial statusu üçün cəlbedici deyil. Azərbaycanın ictimai-siyasi sektorunun bütün obyektiv nümayəndələri təsdiq edə bilər ki, Aznews.az saytının baş redaktoru hakimiyyətə yaxın əsas media sturukturlarından birinə rəhbərlik edən şəxs olaraq kifayət qədər uğurlu media kapitanı, yaxşı siyasi təhlilçi və savadlı ictimai fəaldır. Eyni zamanda iki dəfə parlament seçkilərində iştirak etdiyindən onu sıradan bir jurnalist də hesab etmək olmaz. Taleh Şahsuvarlıdan fərqli olaraq, Aslan İsmayılov öz ixtisas və peşə fəaliyyəti sahəsində olduqca uğursuz tipdir. Azərbaycanda hakim olmaq üçün yetərli bal toplaya bilməyən Aslan İsmayılov Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunub, Prezident Administrasiyasından mərhum prezident Heydər Əliyevə qarşı intriqalara qarışdığı üçün qovulub, Baş prokurorluqda çalışdığı zaman vəzifə hərisliyinin güdazına gedib. Onun indiki hakimiyyətə, hakimiyyətin ayrı-ayrı təmsilçilərinə, o cümlədən mediada fəal dəstəkçilərinə qarşı aqressiyasının kökündə ictimai-siyasi məsuliyyət deyil, şəxsi tamahı, kreslo aludəçiliyi və əlbəttə, kənardan idarə olunmaq vərdişi dayanır. Belə bir adamın isə onun bioqrafiyasını araşdırmış və silsilə yazılara çevirmiş Taleh Şahsuvarlı ilə debata çıxmaqdan, necə deyərlər, dabanına tüpürərək qaçmaqdan başqa çarəsi yoxdur. Hərçənd baş redaktor onu cəmiyyət önündə müzakirəyə dəvət etməkdə haqlıdır. Haqlıdır ona görə ki, Aslan İsmayılov Taleh Şahsuvarlının onun haqqında yazdığı sərrast və kəskin yazılara dözümsüz yanaşır, təhqir və böhtana əl atır, şəxsi və işgüzar nüfuzuna xələl gətirmək üçün hədyanlar yağdırır, üstəlik, jurnalist fəaliyyətinə mane olmaq üçün məhkəmə ilə hədələyir. Taleh Şashuvarlı isə Aslan İsmayılova, özünün sözləri ilə desək, “Hodri, meydan”,- deyir, “öz bioqrafiyana və mövqeyinə əminsənsə, qarşıma çıx, hər kəsin izləyəcəyi bir şəkildə müdafiə etdiyim hakimiyyət barədə, mənim haqqımda dediklərini subut et, mən sənin haqqında dediklərimi isbat etməyə hazıram”,- mesajı verir, bunun üçün özündən qat-qat aşağı səviyyəli, uğursuz və psixoloji təbəddülatlar içində vurnuxan biri ilə debata çıxmağın mənəvi əziyyətindən belə çəkinmir. Aslan İsmayılov isə özünü hətta Taleh Şahsuvarlıdan da yaxşı tanıdığından, çıxdığı hoqqaları hər kəsdən yaxşı bildiyindən nəinki çəkinir, hətta qorxur. Qorxur yox eyy, lap üyüdür! Pişiyi divara, bax, belə dırmaşdırarlar, İsmayılov, həm də Feysbukdakı divarına!
E. KAMAL
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək