15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Deputat: "Əgər neftin qiyməti ensə, ciddi maliyyə problemləri yaranacaq"
Tarix: 31-05-2019 22:11 | Bölmə: Siyasət

"Dövlət büdcəsinin illik hesabatı ilə tanış olmuşam. Hesab edirəm ki, keçən büdcə ili ərzində neftin qiymətinin yüksək olması, 60-70 dollar arasında dəyişməsi imkan verib ki, inflyasiya 2,3 faiz həcmində olsun. Bu, çox müsbət haldır. Manatın kursunun sabit qalması pozitiv bir əlamətdir… Ancaq əgər neftin qiyməti aşağı düşsə, manatın kursunu indiki kimi saxlamaq mümkün olmayacaq, devalvasiya qaçılmaz olacaq, ölkəmiz ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq”.
Reyting.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin plenar iclasındakı çıxışında, "2018-ci il dövlət büdcəsinini icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili, eyni zamanda qeyd edib ki, hesabatla tanış olduğu zaman bəzi rəqəmlər ona inandırıcı görünməyib:
"Vətəndaşlarımızın da bu rəqəmə inanacaqlarını düşünmürəm. Məsələn, hesabatda göstərilir ki, istehlak qiymətinin indeksi – inflyasiya 2,3 faiz təşkil edib. Ümumilikdə isə hesabatda qeyd olunur ki, məhsulların və xidmətlərin qiyməti 10,6 % bənd azalıb. Yəni bunu yazanlar ya özləri bazara getmirlər, ya da bazara gedənlərdən bu barədə obyektiv məlumat almırlar.
Başqa bir mühüm məqam isə ondan ibarətdir ki, hesabat ilində xarici ticarət dövriyyəsində qeyri- neft məhsullarının ixracı real ifadədə 1 faiz artıb. Hər halda, artımın olması müsbət haldır. Amma düşünürəm ki, bu, sürətli inkişafımız üçün yetərli deyil. Məsələn, hesabatda qeyd olunur ki, tikintidən gələn gəlirlər 137 milyon, ticarətdən gələn gəlirlər 61 milyon manat təşkil edib. Amma yeni dəyər yaradan qeyri-neft sektorunda olan istehsal və emal müəssisələrinin ödədiyi vergilərdən nə qədər gəlirin əldə olunduğu barədə konkret rəqəmlər yoxdur.
Bəs qeyri-neft sektoruna, yəni yeni istehsal və emal müəssisələrinin yaradılmasına nə qədər investisiya qoyulub? Nə qədər güzəştli kreditlər verilib, sahibkarlar tərəfindən nə qədər investisiya yatırılıb? Bu barədə də məlumat yoxdur. İstehsal və emal müəssisələrinin yaranması bizim üçün son dərəcə önəmlidir.
Bir mühüm məsələyə də diqqət çəkmək istəyirəm: hörmətli Ziyad Səmədzadə də öz çıxında dedi ki, ləğv olunan müəssisələrin sayına nisbətdə 1,9 dəfə yeni müəssisələr yaradılıb. Amma bu müəssisələrin xidmət, ticarət, yaxud istehsal və emal müəssisələri olduğu barədə məlumat verilmədi. Bütün istiqamətlər ilə bağlı detallı məlumatın verilməsi real mənzərənin göz önündə olması üçün son dərəcə vacibdir”.
Millət vəkili hesabatda diqqət çəkən digər məqamlara da toxunub: "Məsələn, hesabatda qeyd olunur ki, tikinti sektoruna 5 milyard xərclənib, 2 milyard 235 milyon manat xarici borc qaytarılıb. Bu borclar da əsasən tikintiyə xərclənib. Bundan başqa, Prezidentin ehtiyat fondundan 301 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan 464 milyon manat xərclənib ki, bunlar da əsasən tikinti ilə bağlıdır. Beləliklə, 2018-ci ildə 23 milyard 100 milyonluq büdcənin tikinti ilə bağlı xərclərinin həcmi 8 milyard 100 milyon manata gəlib çıxıb. Təhsilə 2 milyard 12 milyon, səhiyyəyə 732 milyon, sosial təminat üçün 1 milyard 300 milyon, elmə isə 122 milyon manat xərclənib. Bütün bunların hamısı ümumilikdə tikintiyə xərclənən vəsaitin 50 faizini təşkil etmir. Onda necə demək olar ki, büdcə sosialyönümlüdür?
Mən bu rəqəmləri niyə xatırladıram?
Ona görə xatırladıram ki, artıq 2020-ci ilin dövlət büdcəsinin üzərində iş gedir. Hökumət uşaqpullarının verilməsi, əməkhaqlarının, pensiyaların artırılması ilə bağlı ciddi qərarlar qəbul etməlidir. Məndən öncə çıxış edən deputat həmkarlarımın qaldırdığı məsələlərə hökumət diqqətlə yanaşmalıdır. Xüsusilə də Fazil Mustafanın səsləndirdiyi rəqəmlərin üzərində ciddi düşünmək lazımdır.
Hamımız bilirik ki, neftin qiyməti daha çox iqtisadi faktorlardan deyil, siyasi faktorlardan asılıdır.
Bundan başqa, bölgədə müharibələr də olar bilər. Mən ona görə bu məsələlərin üzərinə gəlirəm ki, əgər neftin qiyməti aşağı düşsə, manatın kursunu indiki kimi saxlamaq mümkün olmayacaq, devalvasiya qaçılmaz olacaq, ölkəmiz ciddi maliyyə problemləri ilə üz-üzə qalacaq. Görün, nə qədər səhmdar cəmiyyətlər var və bunlar 3 milyonluq proqnozu cəmi 50 faiz yerinə yetirirlər. Bunları dövlət niyə özəlləşdirmir, niyə bu qurumları dövlət mülkiyyətində saxlayırıq? Ona görə də hökumətin ciddi islahatlar aparmasına ehtiyac var”.
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək