15:43 / 13-02-2026
Şoyqu: Ermənistanda tikiləcək AES-nin pulunu gələcək nəsillər ödəyəcək
15:20 / 13-02-2026
Prezident İlham Əliyev Almaniyada səfərdədir - Foto
14:58 / 13-02-2026
Sabiq icra başçısının həbs müddəti uzadılıb
14:54 / 13-02-2026
Sanki bir mələk… - Din xadimi yazır
14:32 / 13-02-2026
Sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
14:32 / 13-02-2026
Ali Məhkəmə mediada məlumatların silinməsi barədə vahid qərar qəbul edib
13:41 / 13-02-2026
Cənubi Qafqaz və Orta Asiya Rusiyanın təsir dairəsindən çıxır
13:28 / 13-02-2026
Sivilizasiyalara son qoyacaq vulkan yenidən aktivləşib
13:27 / 13-02-2026
Yeni vergi güzəştləri tətbiq ediləcək
13:04 / 13-02-2026
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib
12:56 / 13-02-2026
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
12:45 / 13-02-2026
Gürcüstan və Türkiyə hərbçiləri NATO təlimlərində iştirak ediblər
12:32 / 13-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:20 / 13-02-2026
Regional xəzinədarlıq idarələri ləğv olunur? - Açıqlama
12:12 / 13-02-2026
Vüqar Bayramov: "Hər min nəfərə düşən bələdiyyə sayı çoxdur"
12:04 / 13-02-2026
Paşinyan seçkilərdən əvvəl sülh sazişi bağlamaq istəyir
12:01 / 13-02-2026
Bakıda bələdiyyələr birləşə bilər
11:18 / 13-02-2026
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
10:58 / 13-02-2026
Ermənistan-ABŞ-İran üçbucağı və “Tramp Yolu”
10:52 / 13-02-2026
Bu şəxslərin pensiyasına 300 faizlik əlavə edilir - Detallar
10:19 / 13-02-2026
Şəhid oğlu direktor təyin edilib
10:07 / 13-02-2026
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
10:00 / 13-02-2026
Xəbərdarlıq: ailə sirriniz sosial şəbəkə reklamına çevrilə bilər!
09:08 / 13-02-2026
Yerə iki ulduzlararası naməlum obyekt düşüb - Foto
08:37 / 13-02-2026
Zibillikdən 120 min avroluq qızıl külçələr tapılıb
08:29 / 13-02-2026
Qazaxıstan Konstitusiya referendumuna hazırlaşır
08:24 / 13-02-2026
Ərdoğan: Balkanları heç vaxt unutmuruq - Foto
08:12 / 13-02-2026
Almaniyalı nazirin davranışı təəccüb doğurub
08:07 / 13-02-2026
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
07:59 / 13-02-2026
Dövlət Departamenti Rubionun cavabını redaktə edib
Əli Əhmədov: “Qəzəb, kin, nankorluq Əli İnsanovun gözünü elə tutub ki...”
Tarix: 27-05-2019 12:54 | Bölmə: Siyasət

YAP-ın sədr müavini, baş nazirin müavini Əli Əhmədov keçmiş səhiyyə naziri Əli İnsanovun ittihamlarına münasibət bildirib.
Reyting.az bildirir ki, Əli Əhmədov özünün "Facebook" səhifəsində "Əli İnsanovun yalanları, böhtanları, saxta etirafları və ikibaşlı təşəkkürləri" adlı yazı paylaşıb.
Əli Əhmədov yazısında qeyd edib ki, özünü cəmiyyətə yeni obrazda təqdim etməyə çalışan, korrupsiyaya və xəyanətə görə suçlu bilinərək həbs olunan keçmiş səhiyyə naziri Əli İnsanov radikal müxalifətin ənənələrinə uyğun olaraq yalan və böhtan yolunu seçib. İki gün əvvəl mətbuata verdiyi müsahibə buna daha bir nümunə oldu: "Onun yalan və böhtanlarının bir neçəsi barədə danışmaq istəyirəm.
Əvvəla yalanları barədə
Əli İnsanov Azərbaycanda tibbi sığortanın tətbiq olunmamasında kimlərisə günahlandırmaq istəyir. İlk növbədə onu qeyd edim ki, pilot şəklində tibbi sığorta iki ildən çoxdur ki, sınaqdan keçirilir, 2020-ci ildən isə bütün ölkə boyu tətbiq olunacaq. Ancaq demək istədiyim başqa həqiqət də var. 1999-cu ilin dekabrında “Tibbi xidmət haqqında” qanun qəbul olundu. Qanunun bir fəsli icbari tibbi sığortaya həsr olunub və 2000-ci ildən etibarən bu sahədə əməli işlər həyata keçirilməli idi. Lakin, 2000-ci ilin əvvəllərində səhiyyə naziri Əli İnsanov dövlət başçısına müraciət edərək tibbi sığortaya keçid üçün şəraitin olmaması bəhanəsi ilə onun 2005-ci ilə qədər təxirə salınmasını xahiş etmişdir. Müvafiq müraciət və sənədlər Nazirlər Kabinetində saxlanılır.
Əli İnsanovun ikinci yalanı onun zamanında guya səhiyyədə intensiv islahatların keçirilməsi ilə əlaqədardır. Prezident Heydər Əliyevin rəhbərliyi altında iqtisadiyyatda, kənd təsərrüfatında, xidmət sahələrində əsaslı dəyişikliklərin həyata keçiriliməsi tarixi faktdır. Lakin o da həqiqətdir ki, islahatlar strategiyasından kənarda qalan az sahələrdən biri səhiyyə idi. Yuxarıda tibbi sığorta ilə əlaqədar dediyim fakt da bunu sübut edir. Səhiyyədə islahat təşəbbüsünün boğulmasının əsas günahları da məhz səhiyyə naziri Əli İnsanov idi.
Əli İnsanovun üçüncü yalanı Yeni Azərbaycan Partiyasının idarə heyətindəki çıxışı ilə əlaqədardır. İddia etdiyinin tam əksi olaraq həmin iclasda Əli İnsanov kimi və ya nəyisə tənqid etmək barədə deyil, partiya rəhbəri tərəfindən ona diqqətin az olmasından gileylənmək istədi. Lakin, sədrin arqumentli cavabı ilə razılaşmalı oldu. Məsləhət görərdim Əli İnsanov idarə heyətinin iclasından bir gün sonra partiyanın icra katibliyinə gəlib, məndən partiya sədrinə çatdırmaq üçün nəyi xahiş etdiyini xatırlasın.
İndi isə böhtanlar haqqında
Ya məlumatlığının azlığı üzündən, ya da başqa səbəbdən o, iddia edir ki, Azərbaycana xarici tərəfdaşları etibar etmir. Böhtandır. ABŞ-dan tutmuş bütün Avropa dövlətlərinə qədər əməkdaşlıq etdiyimiz dövlətlərin rəhbərləri dəfələrlə ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini etiraf etmişlər. Azərbaycan bir çox sahələrdə qlobal və regional əhəmiyyət daşıyan layihələrdə ayrı-ayrı dövlətlərlə sıx əməkdaşlıq edir.
Keçmiş səhiyyə naziri iddia edir ki, Azərbaycanda islahatlar həyata keçirilmir. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan bütün dünyada ən çox və səmərəli islahat keçirən ölkə kimi tanınır. Dünyanın ən mötəbər beynəlxalq qurumları bu faktı öz hesabatlarına daxil edib. İqtisadiyyatda başlayan islahatlar indi digər sahələri də əhatə edib. Ən başlıcası isə islahatlar faydasını verməyə başlayıb. Bu yaxınlarda maaşların, pensiyaların, müavinət və güzəştlərin əhəmiyyətli dərəcədə artırılması həmin islahatların birbaşa nəticəsidir.
Əli İnsanov Azərbaycanın müasirləşən, gözəlləşən, yeniləşən simasına da böhtan atmaq kimi cəfəngiyyatdan özünü saxlaya bilmir. Bakı haqqında onun dedikləri sadəcə böhtan deyil, eyni zamanda həm də Əli İnsanovun milli qürur, milli təəssübkeşlik kimi hisslərdən məhrum olduğunu sübuta yetirir. Bakıya gələn əcnəbi qonaqlardan şəhərimiz, onun gözəlliyi və müasirliyi barədə eşıtdiyimiz xoş sözlər hər birimizin qəlbini qürur hissi ilə doldurur, Əli İnsanovu isə məyus edir. Hamının korrupsioner, rüşvətxor, kobud, kinli və qəddar insan kimi tanıdığı Əli İnsanovun indi özünü demokrat obrazda qələmə verməyə çalışırması isə heç kim tərəfindən rəqbətlə qarşılanmır. Onun Qərbə reveranşları da saxta və miskin görünür. Əvvəla ona görə ki, Azərbaycanın Qərb yönümlü siyasəti məlumdur, bu barədə fərqli baxış mövcud deyil. İkincisi isə, Qarabağ probleminin Qərbin köməyi ilə həll etməyi vəd edən keçmiş səhiyyə naziri sanki bilmir ki, həmin münaqişəni nizamlamaq üçün 1992-ci ildən fəaliyyət göstərən Minsk qrupunun üç üzvündən ikisi ABŞ və Fransadır. Heç kimin xidmətinin üstündən xətt çəkmədən onu deməyə bilmərəm ki, Minsk qrupunun 27 illik fəaliyyətinin nəticəsi hələ ki, yoxdur.
Əli İnsanov törətdiyi əməlllərə görə, cəzaçəkmə müəssisəsində yatdığın illərdə Azərbaycan, onun iqtisadiyyatı, infrastrukturu, siması, benəlxalq mövqeyi və nüfuzu o qədər dəyişib ki, Azərbaycan haqlı olaraq dünyada ən uğurlu gənc dövlətlərdən biri, bəlkə də birincisi hesab edilir. Azərbaycan regionun iqtisadi xəritəsini dəyişən dünya miqyaslı enerji və nəqliyyat layihələrinin müəllifi, Bakı isə beynəlxalq tədbirlərin paytaxtı kimi tanınır. İki gündən sonra bütün dünyanın gözü Bakıda olacaq. Avropanın ən nüfuzlu Futbol Çempionatının final oyununa tamaşa etmək üçün. Qəzəb, kin, nankorluq Əli İnsanovun gözünü elə tutub ki, olanları nə görə, nə də qiymətləndirə bilir. Hələ ölkədəki əminamanlığı, təhlükəsizliyi demirəm. Əli İnsanov, indi azadlıqdasan, imkanın var ki, ətrafimizda olan dövlətlərin vəziyyətinə, dağılan ölkələrə, puç olan talelərə, milyonlarla insan faciəsinə baxıb müqayisə aparasan. Azacıq ədalət hissin, düz danışmağı bacarmaq cürətin olsa, etiraf etməyə bilməzsən ki, Azərbaycan əminamanlıq, sabitlik adasıdır. Səncə bunlar kimin sayəsində əldə olunub? Əlbəttə İlham Əliyevin sayəsində, onun təmkini, qətiyyəti, uzaqgörənliyi, düzgün idarəçiliyi sayəsində. Xalq bunu bilir və qiymətləndirir. Sən isə, Əli İnsanov, İlham Əliyev barədə danışmaq haqqını çoxdan itirmisən.
Nəhayət, Yeni Azərbaycan Partiyasının fəallarına, Prezidentin ətrafında olan adamların sədaqətinə və dəyanətinə şübhə ilə yanaşan Əli İnsanova xatırlatmaq istəyirəm ki, 2005-ci ildə, sədaqətinə dönük çıxıb xəyanət edən sən özün oldun. İndi o günlərdə, ondan sonra da dəfələrlə sınaqdan çıxanları ləkələmək cəhdi əbəsdir. Ataların məşhur bir sözünü dəyişdirsək belə alınacaq: xəyanətkar elə bilir ki, hamı xəyanətkardır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

13-02-2026, 10:07
Gültəkin Hacıbəyli "Ramiz Mehdiyev işi”nə cəlb edilməyib?
13-02-2026, 08:07
Münxen konfransının iştirakçıları Trampdan ehtiyat edirlər
12-02-2026, 18:43
WUF13-də "Baku Call to Action"ın qəbul edilməsi planlaşdırılır
12-02-2026, 15:25
Elmar Məmmədyarov: "Ramiz Mehdiyev bu pulları hansı yolla əldə edib?”
12-02-2026, 14:55
Ramiz Mehdiyev işində adı hallanan “Şərq-Qərb”... - Haqqında nə deyilir?
12-02-2026, 11:58
Keçmiş icra başçısının ölkədən çıxışına qadağa ləğv olunub
12-02-2026, 08:44
Türkiyə lideri: Ankara və Afina dialoqu davam etdirməlidir
11-02-2026, 17:55
Putinlə görüşmək üçün Ukraynadan Moskvaya nümayəndə heyəti gələ bilər
11-02-2026, 17:28
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentini qəbul edib
11-02-2026, 15:56
Netanyahu Trampa Türkiyə əleyhinə sənəd təqdim edəcək - Foto
11-02-2026, 11:23
Politoloq Azər Qasımlıya 13 il həbs cəzası tələb olunur
11-02-2026, 08:43
Hakan Fidan: Tehranda rejim dəyişikliyi baş verməyəcək
10-02-2026, 16:43
ABŞ vitse-prezidenti: "Bu, sülhün əldə edilməsi üçün ilk addımdır"
10-02-2026, 12:56
Simonyan Rusiyanın TRIPP-də iştirakını təsəvvür edə bilmir
10-02-2026, 09:06
“Səkkizlər” İsrailin hərəkətlərini pisləyir
9-02-2026, 19:20
Paşinyanla Vensin görüşü başlayıb - (Yenilənib-2) - Foto
9-02-2026, 16:34
Vətəndaş cəmiyyətinin nümayəndələri Vensə açıq məktub ünvanlayıblar
9-02-2026, 12:00
Bu axşam Vens və Paşinyanın görüşü gözlənilir
9-02-2026, 08:40
Belçikada Rusiya-NATO təmasları aşkarlanıb
8-02-2026, 23:10
Rusiya Avropaya hərbi yolla cavab verməyə hazırdır
8-02-2026, 17:18
Ceyhun Bayramovla Hakan Fidan telefonda müzakirə aparıblar
7-02-2026, 12:48
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
7-02-2026, 08:27
Sülh Şurası liderlərinin ilk görüşü planlaşdırılır
6-02-2026, 12:13
Ukraynanın daha bir neçə yaşayış məntəqəsi işğal olunub
6-02-2026, 11:45
Din xadimləri Erməni Apostol Kilsəsinə qarşı iddia qaldırıb
6-02-2026, 10:57
XİN: "Azərbaycan dövləti və xalqı hər zaman Türkiyənin yanındadır"
6-02-2026, 00:11
Tramp nüvə silahları ilə bağlı yeni müqavilə istəyir
5-02-2026, 15:24
Mehdiyevlərin bankı əllərindən çıxır
5-02-2026, 13:44
Ceyhun Bayramov: "Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..."
5-02-2026, 12:57
Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
5-02-2026, 12:49
Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
5-02-2026, 11:10
İnam Kərimov: Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir
5-02-2026, 08:04
Ərdoğan: Ankara və Qahirə Qəzzada və Liviyada sülhü bölüşürlər
4-02-2026, 22:15
Omanda keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqları ləğv edilib
4-02-2026, 20:17
Rusiya, Ukrayna və ABŞ nümayəndələri yenidən görüşüblər - Yenilənib
4-02-2026, 10:43
Hüseyn Abdullayev şikayətini geri götürüb
4-02-2026, 10:31
Ər-Riyad və Ankara eyni mövqedən çıxış edir
3-02-2026, 23:25
İran ABŞ ilə danışıqların yeri və formatının dəyişməsini istəyir
3-02-2026, 15:15
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
3-02-2026, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
3-02-2026, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
3-02-2026, 07:49
Tramp yenə BMT-ni tənqid edib
2-02-2026, 19:23
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
2-02-2026, 12:39
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
2-02-2026, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
2-02-2026, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...

Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək