Tarix: 09-06-2016 18:42 | Bölmə: Siyasət

Fransalı deputatlar bəyanat yayıblar ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar həm iqtisadi, həm də siyasi cəhətdən Avropa İttifaqı ilə Rusiyanın münasibətlərinə ziyan vurur.
Reyting.az-ın məlumatına görə, politoloq Zərdüşt Əlizadə ölkə.az-a Avropa ölkələrində Rusiyaya tətbiq edilən sanksiyaların aradan qaldırılma meyillərinin güclənməsi danışarkən deyib ki, milli parlamentlərin Brüsseldə qəbul olunmuş qərarların ləğvinə haqqı çatmır:
"İtaliyada, Macarısanda, Fransada Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvinə dair qərarlar çıxa bilər, ancaq Brüsseldə Avropa İttifaqı adından Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı qərar qəbul olunubsa, sanksiyaların ləğvi yenə ümumi qərarla verilməlidir. Əks halda fərdi qaydada sanksiyaları ləğv etmək istəyən dövlətlərə qarşı cəza tətbiq edilə bilər”.
Politoloqun sözlərinə görə, Avropa ölkələrində əhval-ruhiyyənin dəyişməsi, sanksiyaların qaldırılma istəyinin güclənməsinə səbəb odur ki, avropalılar Ukraynanın onların gözlədiyi qədər demokratik və səmərəli dövlət olmadığını gözəl dərk edirlər: "Digər tərəfdən, onlar istəmirlər ki, seçki ərəfəsində hakimiyyəti tənqid etsinlər və gəlirlərin itirilməsinə görə onlar seçicilərin səslərini itirsinlər”.
Z.Əlizadə düşünür ki, Avropa ölkələrində
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların götürülmə istəyi güclənəcək. ABŞ isə
sanksiyaları saxlamağa çalışacaq: "ABŞ-ın bununla bağlı mövqeyi sərt və birmənalıdır.
Rusiya açıq-aşkar bütün dünyaya meydan oxuyur.
Sanksiyaların götürülməsi bizim üçün o baxımdan təhlükəlidir ki, sabah Rusiya
"Dağlıq Qarabağ"ı müstəqil dövlət kimi tanıya bilər. Dünyada qanunlar
nisbidir, ancaq hər halda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların
saxlanılması tamamilə düzgün qərardır. Rusiya Ukraynanın daxili işlərinə
qarışmaqdan əl çəkməlidir".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək