Tarix: 08-06-2016 16:17 | Bölmə: Siyasət

"PKK bu gün də Mardində partlayış törətdi. Aqoniya içindədirlər. Əvvəl hərbçiləri və polisləri qətlə yetirirdilər, indi mülki vətəndaşları – yaşlıları, qadınları və uşaqları hədəf alıblar".
Reyting.az-ın məlumatına görə, bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
E.Şahinoğlu bildirib ki, PKK hətta onlarla razılaşmayan kürdləri də öldürür, gecəyikən onları evlərindən oğurlayırlar: "Qətliamlar həyata keçirən PKK Avropa ölkələrində, o cümlədən Almaniyada da dərin kök salıb. Əlbəttə, Avropa ölkələri PKK-ya birbaşa silah və sursat vermir. Ancaq elə PKK-nın Almaniyada topladığı xərac həmin silahların alınmasına və həmin silahlar vasitəsilə mülki insanların qətliamına yönəlib”.
E.Şahinoğlu qeyd edib ki,Türkiyə ordusu və polisi şərq bölgəsinin müxtəlif qəsəbələrində PKK-ya ağır zərbələr endirdikcə, terrorçular açıq savaşdan qorxaraq "vur və qaç” taksikasına keçiblər.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək