Tarix: 28-01-2026 13:45 | Bölmə: Siyasət

Fransa prezidenti Emmanuel Makron terror təşkilatı SDG/YPG ilə Dəməşq hökuməti arasında vasitəçilik etməyə çalışıb. Bundan əlavə, ABŞ-dan fərqli olaraq, Paris SDG-dən tamamilə imtina etməmək mövqeyini qorumaq istəyir.
Reyting.az xəbər verir ki, Fransa mətbuatının yazdığına görə, yanvarın 25-də Yelisey sarayında əlamətdar bir diplomatik təşəbbüs baş tutub.
Günorta saatlarında Fransa prezidenti Makron YPG/SDG terror təşkilatının “komandiri” Məzlum Abdi ilə Suriyanın keçid prezidenti Əhməd əş-Şaraa arasında telefon danışığı təşkil edib. Məqsəd SDG ilə Əhməd əş-Şaraa arasında vasitəçilik etmək olub.
Xatırladaq ki, Makron bir neçə gün əvvəl iki tərəf arasında qısamüddətli atəşkəsə töhfə vermişdi. Məzlum Abdi telefon zənginə hazır olsa da, Əhməd əş-Şaraa zəngə cavab verməyib. Fransa mətbuatı yazır ki, bu, Makronu qəzəbləndirib.
Bildirilir ki, Fransa prezidenti bir tərəfdən yeni Suriya administrasiyasından məsafə saxlamağa, digər tərəfdən isə SDG-yə ciddi güzəştlərə getməli olduqlarını izah etməyə çalışır. Lakin Parisin “qırmızı xətti” aydındır. ABŞ-dan fərqli olaraq, Fransa terror təşkilatı SDG/YPG-dən imtina etməyəcək.
Fransa mətbuatı yazır ki, bu mövqe yalnız ritorika ilə məhdudlaşmır. Yanvar ayının əvvəlində Dəməşq və SDF qüvvələri arasında başlayan toqquşmalardan sonra Fransa kəşfiyyat xidmətləri SDG-yə müşahidə və kəşfiyyat imkanlarını təklif ediblər. Fransanın bölgədəki, xüsusən də Şimali İraqdakı hərbi və kəşfiyyat bazaları həyəcan vəziyyətinə gətirilib.
Qeyd olunur ki, Fransanın dəstəyi hazırda məhduddur. Hava qüvvələrindən istifadə və ya xüsusi təyinatlıların sahəyə göndərilməsi bu mərhələdə gündəmdə deyil. Parisin diplomatik dili ehtiyatlıdır: Fransa prinsipcə SDG-nin Suriya dövlətinə siyasi və hərbi inteqrasiyasına qarşı deyil; lakin, bunun güc yolu ilə edilə bilməyəcəyini açıq şəkildə vurğulayır.
“Le Point” nəşrinin yazdığına görə, Fransa ordusu və kəşfiyyat xidmətləri SDG/YPH-yə romantik bir perspektivlə deyil, konkret hərbi tərəfdaşlıq çərçivəsində “silahdaş qardaşlar” kimi baxırlar.
Hesabatda bildirilir ki, Ayn əl-Ərəb (Kobani) və Rakkada Fransa xüsusi təyinatlı qüvvələri və DGSE əməliyyat bölmələri SDG qüvvələri ilə birlikdə döyüşüb.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək