Tarix: 22-01-2026 11:34 | Bölmə: Siyasət

Dekabr ayı ərzində Rusiya Ukraynadakı müharibədə gündə orta hesabla təxminən 1000 nəfər itirib.
Reyting.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte açıqlayıb.
BBC-nin məlumatına görə, Rutte bildirib ki, 2025-ci ilin dekabr ayında Rusiya qüvvələri hər gün təxminən 1000 nəfər itki verib.
Baş katib bu rəqəmləri Avropanın siyasi prioritetləri ilə bağlı müzakirələr kontekstində səsləndirib.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın tələblərinə, xüsusilə də Qrenlandiya ilə bağlı açıqlamalarına həddindən artıq diqqət yetirilməsi Avropa ölkələrini Ukraynanı dəstəkləmək zərurətindən yayındırır. Rutte vurğulayıb ki, hazırda əsas məsələ Qrenlandiya deyil, Ukraynadır.
O əlavə edib ki, ağır itkilərə baxmayaraq, Rusiya Ukraynaya qarşı hücumlarını davam etdirir.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək