Tarix: 21-01-2026 00:07 | Bölmə: Siyasət

“ABŞ prezidenti Donald Tramp Qrenlandiya və Danimarkanı dəstəkləyən ölkələrə qarşı tarif tətbiq etmək təhdidləri ilə Avropanı zəiflətməyə çalışır”.
Reyting.az xəbər verir ki, bu fikirləri Fransa prezidenti Emmanuel Makron Davosda keçirilən Dünya İqtisadi Forumunda səsləndirib. Məlumatı “Le Monde” qəzeti yayıb.
Makron bildirib ki, ABŞ Avropanı zəiflətməyə cəhd göstərir. O, eyni zamanda “ən güclülərin qanunu”nun hökm sürdüyü bir dünyaya doğru gedildiyi barədə xəbərdarlıq edərək, Avropanı bu vəziyyəti passiv şəkildə qəbul etməməyə çağırıb.
Fransa prezidenti vurğulayıb ki, Avropa kobud gücə tabe olmaqdan imtina edənlərin maraqlarına xidmət edən çoxtərəfliliyi qorumalıdır.
Makron avropalıları ortaq həll yolları tapmağa və dialoqu gücləndirməyə çağırıb. O, Trampın təhdidlərinə cavab olaraq Qrenlandiyaya Avropa missiyasının göndərilməsini və G7 çərçivəsində aparılan müzakirələri nümunə kimi göstərib.
Fransa lideri, həmçinin Avropa Birliyinin ABŞ tariflərinə qarşı mübarizə aparmaq üçün nəzərdən keçirdiyi mexanizmlərə toxunaraq deyib:
“Avropanın çox güclü alətləri var və onlara hörmət edilmədikdə, eləcə də oyun qaydaları pozulduqda bu vasitələrdən istifadə etməliyik”.
Xatırladaq ki, yanvarın 17-də Tramp Qrenlandiya ilə bağlı iddialarını dəstəkləməyən bir sıra ölkələrə qarşı tariflər tətbiq ediləcəyini açıqlayıb.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək