Tarix: 20-01-2026 20:48 | Bölmə: Siyasət

Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş olacaq.
Reyting.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçatryan Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“Məsələlərin sülh yolu ilə həlli üçün siyasi liderlərin rolu çox vacibdir. Bu, sizin cəsarətinizdən, liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji məqamlara baxmaq bacarığınızdan asılıdır. Bu, ölkələrin uğurunu şərtləndirəcək. Şükür ki, ölkəmizin liderləri bu yolu, gələcəyi, ölkələrimizin sülhünü və xalqın rifahını seçiblər. Bu, hər şeydən üstündür. Bunlar, sadəcə, sözlər deyil. Mən siyasi fəaliyyətimdə həmişə sülh üçün faydalı olmağa çalışmışam, çünki bir şeyi aydın başa düşürəm. Qonşularınız varsa, yalnız qonşularınızla, o cümlədən gündəlik həyatınızda sülh içində yaşayın. Başqa yol yoxdur. Başqa yol mübahisə, dava, vaxt itkisi deməkdir. Buna görə də həqiqətən uğur qazanacağımıza nikbinəm. Birgə iqtisadi və mədəni layihələrimiz də olacaq. İki ölkəmin vətəndaş cəmiyyəti üzvləri görüşəndə, həqiqətən də, üstünlük qazanacağıq və artıq qazanmışıq. Növbəti dəfə işgüzar dairələr arasında da görüşlər olacaq”, - deyə Ermənistan prezidenti bildirib.
Vaaqn Xaçatryan İrəvanda insanların artıq avtomobilləri üçün Azərbaycan yanacağını ala bildiyini diqqətə çatdırıb: “İllər əvvəl bu barədə danışsaydınız, buna düşmən münasibəti olardı. Amma bu, yaşadığımız yeni reallıqdır. Böyük ölkələrin böyük problemləri var. Bizim öz ölkələrimiz, maraqlarımız, maraqlarımız naminə atmalı olduğumuz addımlar var. Əgər bir ölkənin strategiyası, öz gələcəyi ilə bağlı aydın mövqeyi və bu tədbirlərin həyata keçirilməsi mexanizmləri varsa, həqiqətən də bu çətin vəziyyətlərin öhdəsindən gələ bilər”.(APA)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək