Tarix: 15-01-2026 14:39 | Bölmə: Siyasət

Zəngəzur dəhlizi Orta Dəhliz baxımından, eyni zamanda, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılması baxımından əhəmiyyətlidir.
Reyting.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan mətbuat konfransında deyib.
Hakan Fidanın sözlərinə görə, Türkiyə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını istəyir.
XİN rəhbəri Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq niyyətində olduğunu vurğulayıb. H. Fidan deyib ki, bunun üçün həm Azərbaycan, həm Türkiyə, həm də Ermənistanda lazım olan iradə var.
Hakan Fidan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” (TRIPP) icrası üzrə çərçivə sənədini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdiklərini bildirib.
Nazir əlavə edib ki, çərçivə sənədi ilə bağlı Türkiyə prezidenti də məlumatlandırılıb: “Ermənistan xarici işlər nazirinin Vaşinqtona səfəri zamanı TRIPP-lə bağlı çərçivə sənədi dərc olundu. Biz bu məsələ ilə bağlı dəyərli həmkarım Ceyhun Bayramovla iki saat müzakirə aparmışıq. Bizim üçün Azərbaycan tərəfinin perspektivi önəmlidir. Prezident Ərdoğan da bununla bağlı məlumatlandırılıb”.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək