Tarix: 15-01-2026 11:34 | Bölmə: Siyasət

Son günlər sabiq təhsil naziri Misir Mərdanovun ətrafında söhbətlər səngimək bilmir. Yayılan iddialara görə, Misir Mərdanov Bakı Dövlət Universitetinin Hesablama riyaziyyat kafedrasında Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı kafedra müdiri postunda əvəzləyəcək. Maraqlı burasındadır ki, universitetin rəsmi səhifəsində Hesablama riyaziyyat kafedrasına başqa şəxsin rəhbərlik etdiyi məlum olur, Qalina Mehdiyevanın adına rast gəlmək mümkün deyil.
Reyting.az xəbər verir ki, Oxu.Az-ın əməkdaşı söhbətlərə tam aydınlıq gətirmək üçün Misir Mərdanovla əlaqə saxlayıb.
"Məndən bir cümlə alıb yüz yerə yozurlar. Heç nə danışmaq istəmirəm, siz düz yazsanız da, başqaları cümlələri götürüb dəyişirlər. Başım sakit yaşayıram. Nə deyirlər, bilmirəm. Mən öz işimi davam etdirirəm. Harada işləyəcəyimi də özüm bilərəm", - deyə M.Mərdanov bildirib.
Bakı Dövlət Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, iddialar tamamilə yanlışdır, belə təyinat gözlənilmir:
"2022-ci ildən Hesablama riyaziyyatı və riyazi modelləşdirmə kafedrasının müdiri vəzifəsinə professor Vaqif İbrahimov rəhbərlik edir. Professor Misir Mərdanov isə uzun müddətdir ki, Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır".
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək