Tarix: 14-01-2026 08:10 | Bölmə: Siyasət

İranın Qazaxıstandakı səfiri Əli Əkbər Cukari keçirdiyi mətbuat konfransında ölkəsində baş verən olaylara aydınlıq gətirməyə çalışıb.
Reyting.az xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.
Səfirin sözlərinə görə, dekabrın sonları Tehran bazarından başlayan etirazlar daha sonra ölkənin digər şəhərlərinə yayılıb. Cukari yanvarın 2-də ABŞ prezidenti Donald Trampın açıq şəkildə İranı hədələyərək etirazların yatırılacağı və ya İranın nüvə və raket proqramlarını bərpa edəcəyi təqdirdə sərt addımlar atmağa hazır olduğunu bəyan etməsindən sonra hadisələrin daha geniş vüsət aldığını deyib:
“Qərb ölkələri, xüsusən də ABŞ həmişə iğtişaşlar və etirazlar zamanı itkilərin artırılması üsuluna əl atırlar. Belə hadisələr Liviya və Suriyada baş verib, lakin onlar İran əhalisini yanlış qiymətləndiriblər”.
Səfir iranda internetin bağlandığını da təsdiqləyib. O, bunun səbəbini ölkədə kütləvi etirazların davam etməsi ilə əlaqələndirib.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək