Tarix: 13-01-2026 12:07 | Bölmə: Siyasət

Rusiyanın Yekaterinburq şəhər sakini Fəxruz Şirinov Uralda Azərbaycan diasporunun keçmiş lideri Şahin Şıxlinski və Səfərov qardaşlarına qarşı çoxmilyonluq məhkəmə iddiası qaldırıb.
Məlumata görə, o, onları özünə qarşı sui-qəsd cəhdində ittiham edir. Şirinovun sözlərinə görə, bu hadisə 2010-cu ildə baş verib.
Qeyd olunur ki, Şirinov cinayət işi üzrə zərərçəkən kimi tanınıb. O, 22 milyon rubldan artıq məbləğdə mənəvi zərərin ödənilməsi üçün iddia qaldırıb.
Xatırladaq ki, Şıxlinski 2025-ci ilin yayında saxlanılıb. İstintaq hesab edir ki, o, Şirinova sui-qəsd cəhdi və 2001-ci ildə İkram Paşayevin qətlinin təşkilində iştirak etmiş ola bilər. Şirinov isə sağ qalıb, çünki cinayət aləti olan tapança tutulub işləməyib. 15 il sonra iş yenidən araşdırılmağa başlanıb.(lent.az)
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək