Tarix: 13-01-2026 09:41 | Bölmə: Siyasət

Müsavat Partiyasının Məclis üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və partiya fəalı Cabir Vəliyev barələrindəki qərardan kassasiya şikayəti veriblər.
Reyting.az Pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmədə araşdırılacaq.
Qeyd edək ki, partiyanın Biləsuvar rayon təşkilatının üzvləri Ələddin Ələsgərli, Qoşqar Nuralı və Cabir Vəliyev Biləsuvar rayonunda ofisiantı döyməkdə təqsirləndirilirlər.
Müsavat Partiyasının Biləsuvar rayon təşkilatı restoranlardan birində məclis təşkil edib. Məclisdə qonaqlara restoranın Orxan adlı ofisiantı xidmət edib. Məclisin sonunda partiya üzvü Ələddin Ələsgərli ofisiantdan restoran rəhbərliyinə şikayət edib və ofisiantın qonaqlara lazımi səviyyədə xidmət göstərmədiyini deyib. Nəticədə restoran rəhbərliyi Orxanın maaşını kəsib. Buna etiraz edən Orxan Ələddinə etirazını bildirib. Ələddin Ələsgərli, Qoşqar Nuralı və Cabir Vəliyev birləşərək ofisiantı döyüblər və ona xəsarətlər yetiriblər.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Ələddin Ələsgərli və Cabir Vəliyevin hər biri 2 il 3 ay, Qoşqar Nuralı isə 2 il azadlıqdan məhrum ediliblər və təqsirləndirilən şəxslər məhkəmə zalında həbs olunublar.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək