Tarix: 09-01-2026 16:18 | Bölmə: Siyasət

Azərbaycanın keçmiş prezidenti, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev “Meydan hərəkatı”nın rəhbərlərindən biri olan Nemət Pənahlını məhkəməyə verir.
Reyting.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında sabiq dövlət başçısının oğlu bildirib.
“Nemət Pənahlının müsahibəsini yeni oxumuşam. İndi vəkili gözləyirəm. Gəlsin, iddianı hazırlayıb məhkəməyə təqdim edəcəyik”, – Ərturqut Əliyev vurğulayıb.
Qeyd edək ki, Əbülfəz Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində doğulub.
80-ci illərin sonlarında Azərbaycanda başlayan Milli Azadlıq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin sədri olub.
Ə.Elçibəy 1992-ci il iyunun 17-də Azərbaycan prezidenti (ikinci prezident) seçilib. Bir il sonra – 1993-cü il iyunun 24-də hakimiyyətdən devrilib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək