Tarix: 08-01-2026 22:45 | Bölmə: Siyasət

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev yanvarın 7-də Fransanın Paris şəhərində olub. "Le Monde" nəşri məlumatı adlarının çəkilməsini istəməyən mənbələrə istinadla yayıb.
Reyting.az xəbər verir ki, qəzetin yazdığına görə, həmin gün Parisdə Ukraynanın və müttəfiqlərinin "İstəklilər koalisiyası" sammitinin keçirilməsi də təsadüfi deyil.
Bəzi Qərb mətbuatı isə bildirir ki, öncədən planlaşdırılmayan bu görüş ABŞ-nın istəyi ilə baş tutub.
Lakin Yelisey sarayı Rusiya təmsilçisinin rəsmi danışıqlarda iştirakı barədə yazılanları təkzib edib.
"Le Monde" K. Dmitriyevin ABŞ səfirliyini ziyarət etdiyini bildirsə də, orada kiminlə görüşdüyü naməlum qalıb.
Onu da qeyd edək ki, yanvarın 6-7-də keçirilən sammitdə Ukrayna və onun tərəfdaşları müharibədən sonra Kiyevə verilə biləcək təhlükəsizlik təminatlarını müzakirə ediblər.
***

ABŞ prezidenti Donald Trampın müşavirləri Stiv Uitkoff və Cared Kuşner çərşənbə günü Parisdə Rusiya səfiri Kirill Dmitriyevlə görüşüblər.
Reyting.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Trampın planının demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa gəldikdən sonra Ağ ev Rusiya prezidenti Vladimir Putindən təklifə aydın cavab istəyir.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək