Tarix: 26-12-2025 15:49 | Bölmə: Siyasət

Bu il ərzində Rusiya ilə münasibətlərdə gərginlik olmasına baxmayaq, müəyyən dialoqlar olub.
Reyting.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabatında deyib.
"Bu il ərzində Rusiya ilə münasibətlərdə gərginlik olmasına baxmayaraq, müəyyən dialoqlar olub. Düşənbə görüşü iki dövlət arasında gərginliyin yumşalmasında əhəmiyyətli rola malik olub", - nazir vurğulayıb.
O, həmçinin Türkiyə, Gürcüstan və İranla intensiv təmasların davam etdiyini deyib:
"Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən üç, Ərdoğan tərəfindən isə ölkəmizə dörd işgüzar səfər olub".
C.Bayramov əlavə edib ki, bu il Azərbaycanın iki və çoxtərəfli əməkdaşlıqları ölkənin inkişafına böyük təkan verib.
XİN başçısının sözlərinə görə, il ərzində Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə 14 səfəri reallaşıb:
"Həmçinin Mərkəzi Asiya ölkələri rəhbərlərinin Azərbaycana səfərləri baş tutub"(report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək