Tarix: 25-12-2025 16:16 | Bölmə: Siyasət

“Ümid edirik ki, Rusiya qısa müddətdə Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərindəki dəmir yolu hissələrini bərpa edə biləcək”.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşünün nəticələrini şərh edərkən bildirib.
“Hesab edirik ki, hazırkı mərhələdə Tavuş bölgəsində, ən azı İcevan stansiyasınadək təmir işlərinin aparılması vacibdir. Həmçinin Axurik bölgəsindəki hissə - Türkiyə sərhədindən mövcud dəmir yolu xəttinə qədər bərpa edilməlidir. Eyni zamanda, Ermənistan-Azərbaycan sərhədindən Yerasxa qədər olan hissə də. Ümid edirik ki, rusiyalı tərəfdaşlarımız bu işləri maksimum tez yerinə yetirəcəklər”, - Paşinyan deyib.
O, bütün bu hissələrin Rusiyanın konsessiya idarəçiliyində olduğuna diqqət çəkib.
Baş nazirin sözlərinə görə, əgər Rusiya tərəfi hər hansı problemlə üzləşərsə, Ermənistan hökuməti bu hissələri konsessiyadan geri almağa və dövlət büdcəsi hesabına təmir etməyə hazırdır.
Xatırladaq ki, daha əvvəl Paşinyan “Cənubi Qafqaz Dəmir Yolu” (Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) şirkətinə Türkiyə və Azərbaycan istiqamətində sərhədyanı dəmir yolu hissələrinin təcili bərpa edilməsi ilə bağlı tapşırıq verildiyini bildirmişdi(qafqazinfo).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək