Tarix: 22-12-2025 17:29 | Bölmə: Siyasət

Xarici işlər naziri (XİN) Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda rezident əlaqələndiricisi Vladanka Andreyevanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Reyting.az XİN-ə istinadla xəbər verir ki, nazir Ceyhun Bayramov Azərbaycanla BMT arasında mövcud münasibətlərin inkişafını məmnunluqla qeyd edərək, bu istiqamətdə göstərdiyi səylərə görə rezident əlaqələndiriciyə təşəkkürünü bildirib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və BMT arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası ilə bağlı vəziyyət müzakirə olunub. Ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub.
2026-cı ildə ölkəmizin BMT-nin şəhərsalma üzrə əsas platforması olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcəyi xatırlanıb. Bu tədbirlərin Azərbaycanın çoxtərəfli diplomatiyada aparıcı rolunu nümayiş etdirdiyi vurğulanıb.
2021–2025-ci illəri əhatə edən Azərbaycan-BMT Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinin icrasının uğurla yekunlaşdırıldığı, cari ilin oktyabr ayında imzalanmış 2026–2030-cu illər üzrə yeni sənədin Azərbaycan-BMT tərəfdaşlağında yeni mərhələnin başlanğıcını qoyacağı bildirilib.
Nazir Ceyhun Bayramov Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma, Cənubi Qafqazda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətindəki atılan mühüm addımlardan danışıb. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış Birgə Bəyannamənin və digər əldə olunmuş tarixi razılıqların regionda sülh prosesinin irəlilədilməsində əhəmiyyətli mərhələ olduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov rezident əlaqələndiriciyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək