Tarix: 19-12-2025 18:04 | Bölmə: Siyasət

Ankarada təşkil olunan Dezinformasiyaya Qarşı Mübarizə üzrə Türk Dövlətləri Forumu başa çatıb.
Reyting.az xəbər verir ki, tədbirdə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər türkdilli ölkələrdən rəsmi şəxslər, media rəhbərləri, ekspertlər və jurnalistlər iştirak ediblər.
Forum çərçivəsində təmsilçi ölkələrin rəsmi şəxslərinin iştirakı ilə panel müzakirələr aparılıb.
Qeyd edək ki, forumun məqsədi türk dövlətləri arasında effektiv ünsiyyət platforması yaratmaq və yuxarıda adı çəkilən ölkələrin yüksək səviyyəli informasiya rəsmilərini, eləcə də media nümayəndələrini, alimləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirməkdir.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək