Tarix: 18-12-2025 11:29 | Bölmə: Siyasət

Türkiyənin paytaxtı Ankarada Türk dövlətləri arasında Dezinformasiyaya Qarşı Mübarizə Forumu öz işinə başlayıb.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan nümayəndələr iştirak edirlər.
Forumun məqsədi sözügedən ölkələrdən yüksək səviyyəli informasiya sahəsi üzrə rəsmi şəxsləri, eləcə də media nümayəndələrini, akademikləri, kommunikasiya mütəxəssislərini və jurnalistləri bir araya gətirməklə türk dövlətləri arasında effektiv kommunikasiya platforması yaratmaq və dezinformasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı gücləndirməkdir.
Üzv ölkələrdən jurnalistləri bir araya gətirən tədbir təcrübə mübadiləsini, birgə layihələrin həyata keçirilməsini və əməkdaşlığın genişləndirilməsini təşviq edəcək.
Bununla yanaşı, forumda Türk dünyasında media və informasiya sahəsində mövcud çağırışlar müzakirə ediləcək.
Qeyd edək ki, tədbir iki gün davam edəcək(report).
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək