Tarix: 15-12-2025 13:30 | Bölmə: Siyasət

Çilidə ifrat sağçı namizəd Xose Antonio Kast prezident seçkilərinin ikinci turunda qalib gəlib.
Reyting.az xəbər verir ki, artıq bülletenlərin 99 faizi sayılıb. Kast səslərin 58,2 faizini toplayıb. Jeannette Jara isə 41,8 faizini toplayıb. Jara məğlubiyyətini etiraf edib.
Kast 11 mart 2026-cı ildə vəzifəsinin icrasına başlayacaq.
Respublika Partiyasının namizəd olan Kastı ABŞ da dəstəkləyirdi.
Çili prezidenti Qabriel Boric televiziyada canlı çıxış edərək Kastı təbrik edib. Kast isə hakimiyyətin təhvil verilməsi ilə bağlı əməkdaşlığa çağırışına görə prezident Boricə təşəkkür edərək deyib: “İstəyirəm ki, bu, son dərəcə nizamlı və hörmətli bir keçid prosesi olsun. Həmçinin, onun 11 martdan sonra ölkə ilə bağlı fikirləri və qiymətləndirmələri mənim üçün çox dəyərli olacaq”.
Qeyd edək ki, Çilinin ifrat sağ qanadının aparıcı siyasi xadimi, hüquqşünas və Respublika Partiyasının qurucusu Kast, hərbi diktator Auqusto Pinoçetlə əlaqəli siyasi keçmişi ilə tanınır.
V. QULİYEV
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək