Tarix: 12-12-2025 16:31 | Bölmə: Siyasət

"Rafaellə bizim uzun illərdir davam edən dostluğumuz var. Əslində partiyadaxili Nizamnaməni də pozmayıb, parlamentdə baş verən bir hadisədir”.
Reyting.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Milli Məclis sədrinin müavini, sözügedən partiyadan olan deputat Rafael Hüseynova töhmət verilməsi məsələsinə münasibətində bildirib.
“Bunu şişirtməyə heç bir ehtiyac yoxdur. İstefa verməsi ilə bağlı isə belə bir şey yoxdur. İstefa olacaq-olmayacaq, mən bilmirəm. Sadəcə, bizdə belə bir məlumat yoxdur. Töhmət də partiyanın Nəzarət-təftiş komissiyasının üzvlərinin fikri olub. Siyasi Şurada qərar qəbul olunub ki, bu məsələ bağlansın”, - deyə S. Rüstəmxanlı əlavə edib.
Məsələyə aydınlıq gətirmək üçün Rafael Hüseynovla əlaqə saxlamağa çalışılsa da da, vitse-spiker zənglərə cavab verməyib.
Qeyd edək ki, Milli Məclis sədrinin müavini, VHP-dən olan deputat Rafael Hüseynov parlamentdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsdiyi üçün VHP vitse-spikerə töhmət verib və buna görə də onun partiyadan istefa verəcəyi ilə bağlı bir sıra məlumatlar yayılıb.
R. Hüseynov parlamentdə azlıq təmsil edən partiyanın nümayəndəsi olaraq vitse-spiker seçilib. Buna görə də o, partiyadan istefa verəcəyi təqdirdə, bunun deputatın vitse-spikerliyinə təsir göstərəcəyi ehtimal olunur.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək