Tarix: 12-12-2025 12:22 | Bölmə: Siyasət

Ramiz Mehdiyevin hərəkətləri onun Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)həqiqi üzvü olaraq qalmasına imkan vermir.
Reyting.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMEA prezidenti İsa Həbibbəyli deyib.
O bildirib ki, AMEA-da Ramiz Mehdiyevin üzvlük məsələsinə baxılacaq və lazımi qiymət veriləcək: “Bu məsələdə akademiyanın konkret mövqeyi var. Ramiz Mehdiyevin Azərbaycan müstəqil dövlətçiliyinə qarşı etdiyi hərəkətlər, barəsindəki ittihamlar onun akademiyanın üzvü olaraq qalmasına qətiyyən imkan vermir. Məsələyə Akademiyada baxılacaq və lazımi qərar qəbul ediləcək”.
Qeyd edək ki, hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək