Tarix: 10-12-2025 00:37 | Bölmə: Siyasət

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) Orta Dəhlizin vacib tərkib hissəsinə çevrilə bilər.
Bunu həmin ölkənin Baş naziri Nikol Paşinyan Berlində Almaniya Xarici Siyasət Şurasının panel iclasında bildirib.
"Tramp marşrutu" irimiqyaslı layihəsi Ermənistan və Türkiyə arasında kommunikasiyanın açılması ilə yanaşı, Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında maneəsiz rabitəni təmin etməklə Orta dəhlizin mühüm tərkib hissəsi olmaq üçün hər şansa malikdir", - o vurğulayıb və əlavə edib ki, təşəbbüs gələn ildən başlaya bilər.
Onun sözlərinə görə, bu layihə əlaqəni genişləndirəcək və bütün regiona iqtisadi fayda gətirəcək, Bakı ilə İrəvan arasında sülhün əldə edilməsində daha bir vacib amilə çevriləcək.
Paşinyan 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış Ermənistan və Azərbaycan arasında birgə bəyannamənin, İrəvanın sənədin bütün şərtlərinə riayət etmək öhdəliyinin vacibliyini xatırladıb.
"Vaşinqtonda əldə edilən ən vacib nailiyyətlərdən biri Ermənistan və Azərbaycan arasında daxili, ikitərəfli və beynəlxalq nəqliyyat üçün səyahətlərin açılması barədə razılaşma olub", - Paşinyan deyib/Report.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək