Tarix: 08-12-2025 16:13 | Bölmə: Siyasət

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Reyting.az "Teleqraf"-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səadət Abbasova ifadə verib.
Şahid qeyd edib ki, hüquqşünas ixtisası üzrə işçi qəbulu elanını oxuyub və həmin ofisə gedib: "Ofisdə Anar müəllimlə görüşdüm. Əvvəlcə onlara tam ştatda işçi lazım olduğunu dedilər. Bu məni qane etmədi. Sonra bir gündən bir işə gəlmək barədə razılaşdıq. Ofisdə iki ay işlədim. Mənə maraqsız gəldiyi üçün işdən çıxmağa qərar verdim. İki ay ərzində hər ay 300 manat olmaqla ümumilikdə 600 manat əməkhaqqı aldım".
Şahid qeyd edib ki, həftə ərzində 2-3 gün işə gedib.
Digər şahid Asif Məmmədov dindirilməsi üçün məhkəmə zalına dəvət olunub. Məlum olub ki, o, Anar Məmmədlinin atasıdır. Ona izah edilib ki, yaxın qohumun işində ifadə verməkdən imtina etmək hüququ var. Şahid bu hüququndan istifadə edib və ifadə verməkdən imtina edib.
Məhkəmədə məlum olub ki, ibtidai istintaq zamanı şahidə onun bank hesablarına pulların köçürülməsi ilə bağlı suallar verilib. O, ifadəsində göstərib ki, bank kartını oğlu Anar Məmmədlinin vasitəsi ilə alıb və həmin kartdan oğlu istifadə edib.
Növbəti proses yanvarın 5-də davam edəcək.
Qeyd edək ki, Anar Məmmədli ötən ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib. O, məsuliyyətə cəlb olunub.
Onlara qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək