Tarix: 08-12-2025 14:12 | Bölmə: Siyasət

"Azərbaycan beynəlxalq stabilləlşdirici qüvvələr adı altında Qəzzaya dəvət olunub, yekun qərar yoxdur".
Reyting.az xəbər verir ki, bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov İran XİN başçısı Seyid Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Qəzzada baş verən proseslər ciddi narahatlıq doğurur: "Bu müstəvidə ABŞ tərəfindən elan edilən Sülh planını müsbət qarşıladıq. Daha sonra BMT-nin TŞ qətnamələri oldu və biz dəstəyimizi verdik. Azərbaycan nadir ölkələrdəndir ki, bütün ölkələrlə müsbət əlaqələri var və bizə inam var. Azərbaycan üçün bu məsələdə sual doğuran məsələlər var. Öz sorğularımızı müvaqif yerlərə ünvanladıq. Burada müxtəlif aspektlər var, mandat, başqa dövlətlər, ş və s. Tərəfimizdən qaldırılan suallara tam cavab yoxdur. Ona görə də Azərbaycan hərbçilərinin orada iştirakı ilə bağlı yekun qərar mövcud deyil"
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək