Tarix: 07-12-2025 10:48 | Bölmə: Siyasət

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, gələn il Macarıstanda keçiriləcək parlament seçkilərinin nəticəsi ölkənin Rusiya ilə müharibə edib-etməyəcəyini müəyyənləşdirəcək.
Reyting.az xəbər verir ki, V. Orban bunu şənbə günü Macarıstanın Keçkemet şəhərində keçirilən tədbirdə deyib.
“Əgər Brüsselin dəstəklədiyi hökumət formalaşsa, onlar bizi müharibəyə sürükləyəcəklər. Əgər milli hökumət olsa, hələ də bundan qaçmaq şansımız olacaq”, - deyə o əlavə edib.
Baş nazirin iddiasına görə, Avropada artıq “müharibəyə getmək” barədə qərar verilib və “2030-cu ilə qədər buna hazır olmaq” istəyirlər (bu, çox güman ki, Avropa dövlətlərinin Rusiyanın 2030-cu ildə NATO-ya hücum etməyə hazır ola biləcəyi ilə bağlı proqnozlarına işarədir).
Orban deyib ki, Avropa müharibənin dörd mərhələli eskalasiyasının son mərhələsindədir: diplomatik münasibətlərin kəsilməsi, iqtisadiyyatın hərbi rejimə keçirilməsi, orduya çağırışın bərpası və birbaşa qarşıdurmaya hazırlıq.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək